Ready to get started?
TOP UniversitiesROOF Startup Academy məktəb şagirdlərinin dərsdən kənar inkişafına dəstək üçün təsis edilib və 6-11-ci sinif şagirdləri üçün nəzərdə tutulur. Proqram məktəb vaxtından startup, biznes, araşdırma, kütlə qarşısında təqdimat, planlama və İT bacarıqlarının artırılması məqsədilə yaradılmışdır. Akademiya startup-ın tədrisi, yerli və beynəlxalq yarışmalara hazırlıq proqramlarını özündə cəmləşdirir. Proqramda iştirakın xarici universitetlərə müraciət, qəbul və təqaüd əldə edilməsində müsbət rolu var. Startup tədris proqramı aşağıdakı kimidir: 1. Orientasiya: Öz ideyanı tap və formalaşdır! 2. Mühəndislik əsasları - Arduino/leqo bacarıqları əldə et! 3. Natiqlik bacarıqları - İdeyanı məharətlə təqdim et! 4. Layihənin iqtisadi əsasları - Araşdırma et və bazarını tap! 5. Demo ay – işlək prototipini təqdim edərək münsifləri ram et!