Ready to get started?
TOP UniversitiesMay 26, 2023
Seriyamızın 39-cu günündə Belçikanın Brüssel şəhərində tələbəmiz Şamil ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Şamil Dağıstanlı. Hal-hazırda Belçikanın Brüssel şəhərində, KU Leuven univeristetində təhsil alıram.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?
1390 SAT və 6.5 IELTS nəticələri ilə qəbul olmuşdum. Universitetdə təhsil ödənişlidir: illik 2000 avro. Aylıq xərclər, yəni yaşam xərcləri və kirayə isə 800-900 avro təşkil edir.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Dərs sistemi yaxşıdır, amma fikrimcə digər universitetlərə nisbətən bir qədər çətindir.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Hər həftə sosial fəaliyyətlər təşkil olunur. Bunlara futbol, voleybol kimi idman fəaliyyətləri və ya universitet tələbələri ilə sosiallaşmağa xidmət edən fəaliyyətlər daxildir.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Hal-hazırda Brüssel şəhərində təhsil alıram. Sakit və tələbələr üçün yaxşı şəhərdir. Əksər yerlərdə tələbələr üçün güzəşt və endirimlər var, nəqliyyat da daha ucuzdur.