Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

May 24, 2023

Amerikada Kompüter Elmləri üzrə Təhsil / Pensilvaniya Universiteti

Seriyamızın 37-ci günündə Amerikanın Filadelfiya şəhərində tələbəmiz Reyhan ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Reyhan Camalova. Hal-hazırda Pensilvaniya universitetində kompüter elmləri üzrə 2-ci kurs tələbəsiyəm. Burada Penn World və Rachleff təqaüdçüsü kimi tam təqaüdlə təhsil alıram.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

Pensilvaniya universitetinə 2021-ci ildə qəbul oldum. Amerikadan UPenn-dən əlavə Stanford, Brown və Duke universitetləri, həmçinin Amherst Kollecinə, Kanadadan isə Toronto universitetinə qəbul olmuşdum. IELTS imtahanında nəticəm 7.5 idi. Universitetə daxil olmağımda rol oynayan əsas faktorlardan biri isə dərsdənkənar fəaliyyətlərim, xüsusən başlatdığım “Rainergy” layihəsi idi.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Pensilvaniya universitetində dörd əsas məktəb var: biznes məktəbi, mühəndislik məktəbi, tibb bacılığı məktəbi və kollec. Mən mühəndislik məktəbində təhsil alıram. Mühəndislik məktəbində interdisiplinar təhsil tədris olunur, yəni məqsəd hərtərəfli bilik və bacarıqlara sahib tələbələr yetişdirməkdir. Universitet ilə bağlı ən çox bəyəndiyim şeylərdən biri də araşdırma imkanlarının olmasıdır. UPenn dünyanın ən öndə gedən araşdırma ocaqlarında biridir və buradakı professorların əksəriyyəti də bu işlə məşğuldur. Bakalavr tələbəsi olaraq ilk ilinizdən asanlıqla araşdırma ilə məşğul olmağa başlaya bilərsiniz. Professorlara onların sahələri ilə bağlı araşdırmaya marağı olduğunuzu bildirdikdə əksər hallarda müsbət cavab almaq olur. Bundan əlavə, universitetdə müxtəlif proqramlar var ki, qeydiyyatdan keçərək araşdırma üçün qrant almaq olur. Məsələn, mən ilk ilimdə burada ilk dəfə həyata keçirilən bir araşdırma proqramına qoşulmuşdum. Payız aylarında məni genetika və biokimya fokuslu bir laboratoriyaya yerləşdirdilər və orada milçəklərin RNT molekullarını vizuallaşdırırdılar. Laboratoriyada klonlaşdırma kimi çoxlu maraqlı şeylər öyrəndim, həmçinin mikroskop ilə əldə edilən şəkillərin analizi üçün kodun yazılmasında iştirak etdim. İlk öncə iş ixtisasım ilə əlaqəsiz və çətin görünsə də proses boyunca öyrənmək çox maraqlı və faydalı oldu. Bu il də mühəndislik məktəbinin Rachleff təqaüd proqramına seçildim. Proqramın bir parçası olaraq araşdırma ilə bağlı xüsusi dərslər alırıq və yayda bizə araşdırma üçün qrant veriləcək. Mənim araşdırmam may ayının 30-da başlayır və machine learning ilə sosial mediada yalan məlumatların tapılması ilə bağlıdır.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Düşünürəm ki, universitetdə tələbə həyatı çox sosial, çox aktivdir. Bunun səbəbi isə deyərdim ki, universitetin yaratdığı şəraitdir. İlk iki illərində tələbələr kampusda yerləşən yataqxanalarda qalmalıdır. Eyni yerdə yaşamaq və dərsə getmək daha sosial bir həyata gətirib çıxarır və kollec həyatı hissini yaşadır, hansı ki, məncə çox xoşdur. Universitetdə 1000-dən artıq tələbə klubu var və bunların hər biri tələbələr tərəfindən idarə olunur. Müəyyən şərtləri ödəməklə tələbələr öz klublarını yarada və universitet resurslarından klub üçün istifadə edə bilərlər. Bəzi klublar əyləncə ilə bağlı, bəziləri isə professional inkişaf və liderlik kimi mövzularla bağlıdır. Mən özüm indiyə kimi klublarla çox aktiv olmamışam, bunun səbəbi isə əksər hallarda dərslər, həm də öyrəşmə periodum olub. Bu təbii ki, tələbədən tələbəyə dəyişir. Mən isə bu il artıq tam öyrəşmişəm kimi hiss edirəm. Ən çox aktiv olduğum klub Müsəlman Tələbələr Assosiasiyası olub. Bu qrupun görüşlərində iştirak etməyə çalışmış, xüsusən də bu il və keçən il Ramazan ayında keçirilən iftarlarda olmuşam. Təcrübələrim, yaradılam mühit çox gözəl olub. Həmçinin mühəndislik məktəbində də “Women in STEM”, “Women in Computer Science” və s. qrupların inkişaf xarakterli interaktiv görüşlərində iştirak edirəm. Mən özüm növbəti semestrdan etibarən “Advancing Woman Engineers” adlı klubda board, yəni idarəedici heyətin üzvü olacam.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Pensilvaniya universiteti Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşir. Universitet şəhərin university city hissəsində yerləşir. Burada həmçinin Drexel və Temple universitetləri var. Temple bir qədər uzaq olsa da Drexel və UPenn kampusları demək olar ki iç-içədir. Mən universitet kampusunun çox gözəl olduğunu düşünürəm, xüusən yay və yaz aylarında. Filadelfiyanı da bəyənirəm, lakin University city-dən çox kənara çıxdığımı deyə bilmərəm. Ehtiyacım olan hər şey burada var. Bəzən dostlarla city centre, fashion district kimi yerlərə getmiş, şəhəri kəşf etdiyim də olub. Həmçinin bura ilk dəfə gəldikdə “prefrosh” proqramı çərçivəsində də şəhəri gəzmişdik. Çoxlu gəzməli, yaşıllıq, güllər dolu möhtəşəm yerlər var.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Əsas tövsiyəm prosesə tez başlamaq olardı. Universitetə qəbul olmaq sadəcə imtahanları verib sənəd verməkdən ibarət deyil. Esselər yazmaq, dərdənkənar fəaliyyətlərlə məşğul olmaq da çox vacibdir.

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube