Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

May 15, 2023

Türkiyədə Statistika üzrə Təhsil / Orta Doğu Teknik Üniversitesi

Seriyamızın 29-cu günündə Türkiyənin Ankara şəhərində tələbəmiz Azər ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Azər. Türkiyənin Ankara şəhərində yerləşən OTDÜ-də (Orta Doğu Teknik Üniversitesi) statistika ixtisası üzrə 2-ci kurs bakalavr tələbəsiyəm.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

Universitetə 1340 SAT, 7.0 IELTS və 800 SAT Subject Level 2 nəticələri ilə qəbul olmuşduq. Hal-hazırda illik təhsil haqqım 6.000 TL-dir. Bir ayda aşağı-yuxarı 200-300 AZN xərcim çıxır.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

ODTÜ-də dərslər çox bilikli və işində professional olan insanlar tərəfindən tədris edilir. Tətbiqə çox böyük önəm verilir. Demək olar ki, bütün dərslər ingilis dilində tədris olunur. ODTÜ QS-ə görə 15 sahə üzrə ən yaxşı 400 universitet siyahısına daxil olub. Ümumiyyətlə, ODTÜ Türkiyənin ən yaxşı universitetlərindən biri hesab edilir və bu "status"-un haqqını verir.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

ODTÜ-nün demək olar ki hər idman növünə, hobbiyə, elmlərə, mədəniyyətə, sənətə aid klubları var. Həm sahədə yeni olan, həm də həvəskar tələbələr bu klublarda keyfiyyətli vaxt keçirə bilir. Klublar da öz növbəsində çox fəal idarə edilir. Məsələn, bir dostum rəqs klubuna daxil oldu və bir semestr məşqlərdə iştirak etdikdən sonra Ankara xaricində bir səhnədə yer aldı.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Türkiyə haqqında mənim təsəvvürüm çox müsbət idi və təəsüratlarım da elə oldu. Bunu sübut edəcək çox şey var, amma elə mətbəxlərinin çeşidliliyi kiyafətdir 😊. Ankara da keyfiyyətli universitetlərin, şirkətlərin, tarixi yerlərin şəhəridir. Fikrimcə, Ankaranın tək çatışmayan cəhəti coğrafiyasının əksərən quraqlıq olmasıdır.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Xaricdə təhsil almaq başqa bir ölkədə başqa bir dildə oxumaqdan savayı 3-5 il ailədən və Vətəndən uzaq qalmaq deməkdir. Ona görə universitetlərə baş vurarkən universitetin təhsil səviyyəsi prioritet olmaqla yerləşdiyi ölkə, şəhər, millət, yaşam xərcləri, başqalarının təcrübələri ilə tanış olub şəxsən analiz etmək çox vacibdir. Seçimlər az olsa "sərhədi keçim bəsdir" kimi düşüncələr düzgün deyil.

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube