Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

May 11, 2023

Türkiyədə Tibb Təhsili / Ankara Universiteti

Seriyamızın 26-cı gününde Türkiyənin Ankara şəhərində təhsil alan tələbəmiz Əli ilə birgəyik.

1. Özünüzü təqdim edə bilərsiniz?

Mən Əlizadə Əli. 2020-ci ildə Ankara universiteti Tibb fakültəsi ixtisasına qəbul olmuşam. İndi isə 3-cü kursda təhsilimi davam etdirirəm.

2. Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

Hal-hazırda ödənişli təhsil alırsınız? Əgər cavab bəlidirsə (illik təhsil və yaşam xərci) SAT imtahanından 1520 bal toplamışdım. Həm SAT balı ilə, həm də attestat qiymətlərim ilə qəbul almışdım. Mən tam təqaüdlə təhsil alıram, buna səbəb isə mənim Bakı Türk Liseyindən məzun olmağımdır. Digər ölkələrdə türk liseyi bitirib Türkiyəyə oxumağa gələn tələbələrdən dövlət universitetləri heç bir ödəniş almır. Ümumi yaşam xərcləri isə çoxdur demək olmaz. Azərbaycanla müqayisədə bəzi şeylər çox bahadır Ankarada(məs. kommunal xərclər), bəzi şeylər isə əksinə çox ucuzdur(məs. tekstil, ərzaq). Ona görə də bir birini balanslaşdırır.

3. Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Artıq bu universitetdə 2.5 ildir ki təhsil alıram, həm online dönəmdə, həm də üz üzə dönəmdə təhsil keyfiyyətinin çox yüksək olduğunu düşünürəm. Dərslərdə hər bir şey ən incə detalına qədər izah olunur, sonra isə imtahanda hamısı soruşulur, tələb olunur. Bu da bizi hər bir şeyi oxumağa, öyrənməyə təşviq edir. Tibb dərslərindən əlavə 3. Kursda “araşdırma necə edilir, elmi məqalə necə yazılır, necə oxunur, akademik işlər necə aparılır” kimi bacarıqlar da öyrədilir. 3. Kursun əvvəlindən 6-10 nəfərlik qruplara bölünüb öz seçdiyimiz hər hansısa bir mövzuda bir araşdırma, proyekt başladırıq. 3-cü kursun sonunda isə bu araşdırmanı tamamlayıb münsiflərə təqdim edirik və buna uyğun qiymət alırıq.

4. Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Təhsil xaricində soiallaşmaq üçün ən yaxşı seçim öğrenci topluluklarıdır. Topluluklar eyni maraq dairəsinə sahib insanları bir araya gətirir. Burada siz özünüzə uyğun bir və ya bir neçə topluluğa qatıla bilərsiniz (məs. musiqi, rəsm, dans, elmi araşdırmalar, heyvan bəsləmə və s.). Bundan başqa Ankara şəhəri Türkiyənin 2-ci ən böyük və paytaxt şəhəri olduğu üçün kifayət qədər inkişaf etmiş altyapısı var. Yetəri qədər klublar, tamaşalar, teatrlar, konsertlər, dostlarınızla vaxt keçirə biləcəyiniz, yeni dostlar tapa biləcəyiniz kafelər, restoranlar var.

5. Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Şəhər haqqında ən sevdiyim özəllik dediyim kimi, çox güclü altyapısının olmasıdır. İctimai nəqliyyatı çox əla çalışır. İctimai nəqliyyatdan istifadə zamanı tələbələrə xüsusi endirim var. Hər yerə vaxtında çata bilirsən. Yollar və küçələr hər zaman təmiz, səliqəli olur. Mən demək olar ki, çox yerə piyada gəzərək gedirəm, çünki Ankarada yaşadığın yerdən asılı olaraq 2 km əhatəndə sənə lazım ola biləcək hər şey var. Şəhərin ümumi olaraq bu cəhətlərini bəyənsəm də, çox da maraqlı bir şəhər olduğunu deyə bilmərəm. Gəzməli-görməli yerləri çox da yoxdur. Hava çox zaman tutqun olur. Şəhər dizaynı sadə və bir birinə bənzərdir.

6. Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Məsləhətim o olardı ki, qarşınızda nə əngəl olsa da, çalışıb xarici bir ölkədə təhsil alasınız. Çünki həm yeni mədəniyyət, həm yeni dil öyrənmə şansınız olur, həm də yeni yerlər kəşf etmiş olursunuz. Məncə, Türkiyə bakalavr təhsili üçün ən ideal seçimlərdən biridir. Həm yaşam xərcləri münasibdir, həm insanları istiqanlıdır, xüsusilə, azərbaycanlılara həddən artıq xoş rəftar göstərirlər, həm də ən əsası təhsili kifayət qədər keyfiyyətlidir.

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube