Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

May 08, 2023

Türkiyədə Kompüter Mühəndisliyi üzrə Təhsil /Orta Doğu Teknik Üniversiteti

Seriyamızın 23-cü günündə Türkiyənin Ankara şəhərində tələbəmiz Aynur ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Aynur Ahmad Khan. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyindən məzun olmuşam və hal-hazırda Orta Doğu Teknik Üniversitesində Kompüter Mühəndisliyi üzrə birinci kurs tələbəsiyəm.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

Universitetə 670 DİM, 1510 SAT və 8.5 IELTS nəticələri ilə qəbul olmuşam.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Ümumilikdə ilk semestrda universitetin mühəndislik fakültələrində keçilən dərslər oxşar olur. Bununla yanaşı hər bölümün ixtisas dərsləri də keçilir. İkinci kursdan başlayaraq isə ixtisaslaşma artır. Yuxarı kurslarda tələbələrə texniki və qeyri-texniki dərslər almaqda seçim haqqı verilir. Beləliklə, Kompüter Mühəndisliyi kimi geniş ixtisaslarda təhsil alan tələbələrin özlərini bir çox sahədə sınama imkanı olur. Dördüncü kurs tələbələri bir çox universitetin master səviyyəsində keçilən dərsləri götürə və elmi araşdırmalar üçün müəllimlərlə birbaşa ünsiyyətdə ola bilirlər.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Universitetdə yüzlərlə tələbə klubu mövcuddur və demək olar ki, hər bir tələbəyə uyğun klub var. Hər semestrın başlağıcında bir çox klubun görüşü baş tutur. Buna görə də, sizinlə oxşar maraqlara sahib olan insanlarla tanış olmaq xeyli asandır.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Universitetimizin şəhərciyi Ankaranın böyük bir hissəsini əhatə edir. Şəhərcik daxilində gündəlik ehtiyacları təmin etmək üçün şərait yaradılıb. Xüsusilə də universitetin yataqxanalarında yaşayan tələbələr üçün gediş-gəliş asandır. Ankara iqliminə görə nisbətən quru yerdir. Havaya uyğunlaşmaq vaxt alır. Şəhər Türkiyənin mərkəzində yerləşdiyinə görə digər şəhərlərə səyahət etmək nisbətən asandır.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Qəbul prosesində akademik göstəricilər əsas yer tutduğundan, imtahanlarda yaxşı nəticə göstərmək mühüm rol oynayır. Buna görə də, bu tip imtahanlara hazırlığı 9-10-cu siniflərdə başlamağın lazımlı olduğunu düşünürəm. Bundan əlavə, məktəbdənkənar yarışlarda və tədbirlərdə iştirak etmək qəbul şansınızı bir qədər artırır.

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube