Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

May 05, 2023

Türkiyədə Tibb Təhsili / İstanbul Universiteti

Seriyamızın 21-ci günündə Türkiyənin İstanbul şəhərində tələbəmiz Həsən ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Həsən. 17 yaşım var. İstanbul Üniversitesi-Cerrahpaşa Cerrahpaşa Tıp Fakültesi 1-ci kurs tələbəsiyəm.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

1580 SAT, 280.3 DIM buraxılış, 44/50 YTB imtahanı nəticələrim var idi. Türkiyə Bursları təqaüd proqramı ilə təhsil alıram və mənə bu təqaüd proqramı aylıq 1700 tl burs verir. Buna əlavə olaraq universitet illiyi, sağlamlıq sığortası və yurdun (yataqxananın) aylıq xərcləri Türkiyə Bursları tərəfindən qarşılanır.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Düşünürəm ki, digər fakültələrlə müqayisədə bizim fakültə daha tələbə sevərdir. Dərs planlanması və keçirilən material tələbələrin ən yaxşı qavraya və anlaya biləcəyi şəkildədir. Akademik təqvimin 1 il əvvəldən hazır olması, akademik fəaliyyətlər və könüllü staj imkanlarının bolluğu universitetimizin ən üstün tərəflərindəndir.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Akademik fəaliyyətdə çox uc nöqtələrə çıxmış Cərrahpaşa sosial fəaliyyətlərdə biraz geridə qalır deyə düşünürəm. Kampusun köhnə olması, böyük bir qisminin inşaat ərəfəsində olması və balacalığı universitetdə sosial fəaliyyətlərin azlığı üçün ən böyük amillərdəndir. Amma 2025-ci ildə inşaatı bitəcək olan kampusumuz tam fərqli olacaq. Bundan əlavə Türkiyə xüsusilə də İstanbul sosial fəaliyyətlər üçün çox unikaldır. Həm muzey, teatr, idman zalı və s. kimi yerlərdə tələbələrə edilən endirimlər, həm də tədbir və belə məkanların bolluğu İstanbulu tam bir tələbə şəhəri edir.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Yuxarıda da qeyd etdiyim kimi, Türkiyədə tələbələr üçün imtiyazlar çoxdur. Təhsilin keyfiyyəti və ilkin xaricdə yaşamaq təcrübəsi üçün Türkiyədə təhsil almağa dəyər.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Tibb uzun bir yoldur. Əgər sevirsinizsə bu çox maraqlı bir yol ola bilər:) Çalışın ki, bu sahəni seçəndə içinizdəki öyrənmə, yardım etmə, mərhəmət, soyuqqanlılıq, empatiya, və başqa hisslərin balansına diqqət edəsiniz. Əgər əminsinizsə bu yolda çalışmağa, vuruşmağa dəyər. Çalışan hər bir kəs əziyyətinin bəhrəsini görəcək! 💙

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube