Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

May 04, 2023

Almaniyada İqtisadiyyat üzrə Magistr Təhsili / Bonn Universiteti

Seriyamızın 20-ci günündə Almaniyanın Bonn şəhərində tələbəmiz Bəyaz ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Ramazanlı Bəyaz. Bakalavr təhsilimi Türkiyədə Hacettepe universitetində iqtisadiyyat ixtisası üzrə almışam. Daha sonra təhsilimi Almaniyada davam etdirməyə qərar verdim. Hal-hazırda Master of Science Economics ixtisası üzrə Bonn Universitetində 1-ci kursda təhsil alıram.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

Əsas göstəricilər olaraq 7 IELTS ,GRE nəticəsi və 82 GPA qeyd edə bilərəm. Universitetə qəbul olmağımda əlbəttə ki, yazdığım əhatəli motivasiya məktubu da vacib rol oynadı. Hal-hazırda təhsilim 2022-2026 Azərbaycan Dövlət Proqramı tərəfindən maliyyələşdirilir. Maliyyə proqramına təhsil, sığorta və yaşam xərcləri üçün aylıq təqaüd daxildir.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Dərslərin çətin olduğunu amma bunun çox normal olduğunu düşünürəm. Çünki Bonn Universiteti əsasən tədqiqat yönümlü olması ilə seçilir və bütün dərslər də bu istiqamətdə tədris olunur. Bonn universiteti tədqiqat istiqamətində Almaniyada sayılıb-seçilən universitetlərdən biridir. Hətta universitet iqtisadiyyat üzrə Almaniyada TOP5-dədir. Məncə akademik karyera düşünənlər üçün çox yaxşı seçim olar. Burda bəyəndiyim nüanslardan biri də tələbələrin ən azı bir proqramlaşdırma dili öyrənməyə sövq edilməsidir.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Əslində sosial həyata çox vaxt ayırmaq olmur, çünki günümüzün böyük bir hissəsi kitabxanada keçir 😀 Universitet təhsil xaricində vaxt keçirmək üçün fərqli imkanlar təklif edir. Məsələn, idmanla məşğul olmaq istəyənlər üçün müxtəlif kurslar var. Bundan başqa kitab klubu fəaliyyət göstərir, fərqli mədəniyyətlərə məxsus rəqs kursları da təklif olunur. Xarici tələbələrin birlikdə qurduğu "international club" birlikdə vaxt keçirmək, yeni insanlar və mədəniyyətlər ilə tanışmaq üçün əla bir vasitədir. Tələbə olaraq bu şəhərdə bir sıra üstünlükləriniz var, məsələn bütün əyalətdə pulsuz səyahat edə və muzeylərə ödənişsiz daxil ola bilirsiniz.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Bonn şəhəri təxminən 300 min nəfərlik əhalisi ilə Almaniyanın Berlindən öncəki paytaxtıdır. Əhalisinin çox böyük bir hissəsini, demək olar ki, tələbələr təşkil edir 🙂. DHL, Deutsche Telekom, DW kimi bir neçə məşhur qurumların baş ofisi, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının bir çox mərkəzi də bu şəhərdə yerləşir. Bonn Kölndən sadəcə 35-40 dəqiqə, Düsseldorfdan isə 1 saat uzaqlıqdadır. Eyni zamanda Hollandiya və Belçikadan sadəcə 3-4 saatlıq məsafədədir.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Tələbələrimizə seçim edərkən, prioritetlərini düzgün müəyyən etmələrini və ixtisas seçiminə daha çox zaman ayırmağı məsləhət görərdim. İlk növbədə akademik yoxsa korporativ karyera istədikləri dəqiqləşdirilməlidir. Eyni zamanda daha öncəki postlarınızda Sunayın dediyi kimi, bura gələrkən qarşılaşa biləcəyiniz çətinliklərə hazır olmanızı, amma heç nəyin imkansız olmadığını unutmamağınızı tövsiyə edirəm.🙏🏻 Burdan xaricdə təhsilini davam etdirəcək və ya etdirməyi planlaşdıran tələbələrə ilk öncə bol şans və uğurlar arzulayıram. ❤️

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube