Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

May 02, 2023

Litvada Magistr Təhsili / Vilnus Texologiya Universiteti

Seriyamızın 18-ci günündə Litvanın Vilnus şəhərində tələbəmiz Rəşad ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Rəşad İskəndərov. Litvanın Vilnus şəhərində Vilnus Texologiya Universitetində (VilnusTech) magistratura təhsili alıram. Təhsil aldığım proqramın adı “İnformation Systems Software Engineering”-dir. Universitetə “Lithuanian State Scholarship” (Litva Dövlət Təqaüdü) vasitəsilə qəbul olmuşam və eyni zamanda Litva dövləti tərəfindən qranta layiq görülmüşəm. Hal-hazırda aylıq 490 € (Euro) təqaüd alıram. Bundan əvvəl bakalavr təhsilimi Milli Aviasiya Akademiyasında İnformasiya Texnologiyaları ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişəm.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

Universitetə müraciət edərkən IELTS nəticəm 6.0, bakalave üzrə qiymət ortalamam isə 96 idi.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Təhsil sistemi innovativdir. Dərs sisteminə mühazirələr, praktiki işlər, laboratoriyalar və komanda işləri daxildir. Həmçinin ixtisasımıza uyğun mütəxəssislər qonaq mühazirəçi olaraq dəvət oluna bilirlər. Burada bütün professorların ixtisas üzrə biliyi yüksək səviyyədədir. Tək qarşılaşdığım problem bəzən onların ingilis dilini çox yaxşı bilməməsi olur. Buna baxmayaraq, hər bir halda kömək etməyə həvəslidirlər və dəstək olurlar. Magistr təhsilimin ilk ilində olmağıma baxmayaraq Erasmus proqramı ilə digər ölkələrdə təhsil almaq da mümkündür. Məsələn, mən 2-ci semestrimi Estoniyanın Talin şəhərində yerləşən Tallin Texnologiya Universitetində (TalTech) davam etdirirəm.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Ümumiyyətlə xaricdə təhsil almaq çox maraqlı və öyrədici bir təcrübədir. Burada yeni insanlar, yeni mədəniyyətlər ilə tanış olur və ilk dəfə tamamilə sərbəst həyata addım atırsınız. Bu da sizə maliyyənizi nizamlamaq, yemək bişirmək və s. şeyləri öyrədir. Universitetdə isə çoxlu dərsdənkənar fəaliyyətlər mövcuddur. Tələbə ictimai birlikləri “Cultural Evening” – mədəniyyət axşamları keçirir və bu tədbirlərdə müxtəlif ölkələrin mədəniyyəti ilə tanış oluruq. Həm də xüsusən yeni tələbələr üçün çox faydalı olan şənliklər təşkil olunur ki, burada yeni dostlar tanımalarına yaxşı təsir göstərir. Erasmus proqramının bir hissəsi olaraq isə digər tələbələrlə bir yerdə yaşayır, onlarla “İnternational dinner”-lərdə iştirak edirəm. Burada müxtəlif ölkələrin mətbəxini sınayır və bir-birimizin mədəniyyətlərini daha yaxşı tanımış oluruq. Akademik araşdırma baxımından hər iki universitetin kifayət qədər böyük bazası var. VilnusTech-də hər semestr boyunca Master tezisimizin bir hissəsini müdafiə etməliyik və burada universitetin təmin etdiyi geniş kitabxana – kitab və elmi məqalələr bazası çox kömək olur. Həmçinin, akademik məsləhətçimiz də bizə dəstək olur.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Litva və Vilnusda həyat digər Avropa ölkələrindən daha ucuzdur. Həmçinin burada çoxlu tələbə endirimləri var. Məsələn, aylıq ictimai nəqliyyat 30 € olduğu halda tələbələr üçün bu sadəcə 5.80 €-dur. Bundan əlavə olaraq, şəhərin çox təhlükəsiz olduğunu düşünürəm və çoxlu tələbələr bu barədə mənimlə eynifikirdədir.

6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Onu qeyd edim ki, hər bir gənc kimi mən də bunun xəyalını qurmuşdum, amma qorxularım var idi. Bəlkə də akademik səviyyəmin buna uyğun olmadığını və ya dil baryerinin problem olacağını düşünürdüm. Amma bura gəldikdən sonra düzgün qərar verdiyimi anladım. Düşünürəm ki, bu qərarımın gələcək kariyeramda da mənə çox böyük faydaları olacaq. Məsləhətim çəkinməmək, mütləq şəkildə cəhd etməkdir. Burada itirməyə heç nə yoxdur, amma qazanmağa çox dəyərli təcrübələr, elm və bilik var.

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube