Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

May 01, 2023

Türkiyədə Beynəlxalq Tibb Təhsili / Sağlık Bilimleri Universiteti

Seriyamızın 17-ci günündə Türkiyənin İstanbul şəhərində tələbəmiz Şəms ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Şəms Həsənli. Türkiyənin İstanbul şəhərində Sağlık Bilimleri Universitetinin Beynəlxalq Tibb fakultəsində (Uluslararası Tıp fakültesi) 3-cü kurs tələbəsiyəm.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

2019-cu ilin dekabrında keçirilən SAT I imtahanından əldə etdiyim 1460 bal ilə və Yunus Emre Enstititüsü tərəfindən 2020-ci ilin yanvar ayında keçirilən Türkçe Yeterlik Sınavı (TYS)-dan əldə etdiyim C2 səviyə sertifikatı ilə universitetə müraciət etmişəm. Bundan əlavə universitetin daxili müsahibəsini 97/100 bal ilə keçmişəm. Sonradan universitetin keçirdiyi İngilis dilində yetərlilik imtahanını da uğurla keçdikdən sonra 1-ci kursda təhsilimə başlamışam. Bundan əlavə universitətə müraciət edərkən bir sıra uğurlarımın da rolu olmuşdur, hansı ki bunlarla bağlı müsahibədə mənə suallar verilmişdi. Təhsil aldığım universitet dövlət universiteti olmasına baxmayaraq təhsil, xarici tələbələr üçün (xüsusi təqaüd almırsa) ödənişlidir. Ödəniş 2020-ci ildə (mən qəbul olduğum il) təqribən 3000$ idi, lakin bu məbləğ yeni qəbul olan tələbələr üçün hər il dəyişməkdədir.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Öncəliklə onu vurğulayım ki, Sağlık Bilimleri Universiteti 1903-cü ildə qurulmuş Türkiyənin səhiyyə sahəsindəki ilk dövlət universitetidir. Universitetin Türkiyənin 8 şəhərində (İstanbul, Ankara, Adana, Erzurum, Bursa, İzmir, Trabzon, Kayseri) campus’u var. Bununla yanaşı, Özbəkistan, Suriya, Somali və Sudanda da universitetin campus’ları mövcuddur. Həmçinin, universitetin 25-i İstanbulda, 15-i Ankarada, 18-i Türkiyənin digər şəhərlərində olmaqla ümumilikdə 60 Tədqiqat və Araşdırma xəstəxanası (Eğitim ve Araştırma Hastaneleri) ilə müqaviləsi mövcuddur. Bu da o deməkdir ki, universitet tələbələri staj proqramlarını bu xəstəxanalarda keçirlər. Bu baxımdan universitetin laboratoriya, xəstəxana, təchizat və staj imkanları genişdir. Universitetimizdə Tibb təhsilinin ilk 3 ili universitet binasında, növbəti 3 ili isə xəstəxanalarda verilir. Oxuduğum fakultə Beynəlxalaq Tibb fakultəsi olduğu üçün təhsil dili 1-ci kursda 100% İngiliscə, 2-ci kursda 70% İngiliscə/30% Türkcə, 3-cü kursda 50% İngiliscə/50% Türkcə, 4-5-6-cı kurslarda isə 100% Türkcə olur. Düşünürəm ki, Sağlık Bilimler Universiteti tələbələrə geniş akademik imkanlar yaradır. Belə ki, universitetdəki müəllimlər akademik fəaliyyətlərlə aktiv məşğul olduqları üçün tələbələrə də öz təcrübələrindən faydalanmaları üçün könüllü olaraq imkanlar yaradırlar. Mən, təhsilimin ilk ilində universitetdə bir müəllimim tərəfindən ödənişsiz olaraq keçirilən “Akademik Layihə Hazırlama Kursu”-na qatılaraq akademik layihə yazmağı öyrəndim. Sonra isə Türkiyənin ilk və yeganə aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-ə öz layihəmi təqdim edərək finalist olmuşam. Ardından Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası olan TÜBİTAK-ın tələbələr üçün keçirdiyi 2209 kodlu proqramına başqa bir layihəmi təqdim etmişəm. Layihəm TÜBİTAK tərəfindən dəstəklənərək təqaüdə layiq görülüb. Bundan başqa universitetdə keçirilən Beynəlxalq Tələbə Konqresində (HISCON) layihəm “Ən yaxşı təqdimat” nominasiyası üzrə 2-ci yerə layiq görülüb. Həmçinin, 1. Səhiyyədə Süni İntellekt Konqresində təqdim etdiyim digər bir layihəm də 1-ci yerə layiq görülüb. Bunlarla yanaşı, təhsil aldığım 3 il ərzində 1-ində rəhbər olmaqla 7 fərqli sempozyum və konqreslərin təşkilat komitələrində yer almışam. Bu layihə və tədbirlərin hər birində iştirakım universitetdəki məsləhətçi müəllimlərim və elmi rəhbərlərimin müşayiəti ilə həyata keçirilib. Bütün bunlarla yanaşı, müəllimlərimin akademik həyatıma etdikləri ən dəyərli qatqılardan biri də elmi məqalələrimdir. Universitet müəllimləri tələbələri elmi məqalələr yazmağa, tədqiqat işləri aparmağa təşviq və motivasiya edir ki, bu da gələcək həyatımızda daha uğurlu olmamız üçün yaradılan ən böyük imkanlardan biridir.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Universitetdə 28 tələbə klubu mövcuddur və klublara qeydiyyat ödənişsizdir. Klublar ildə bir neçə dəfə öz fəaliyyət göstərdikləri sahələr üzrə müxtəlif tədbirlər, yarışlar keçirirlər. Bununla yanaşı, universitet tərəfindən hər il tələbələrin müəllimlər və bir-biriləri ilə tanış olmaları üçün “Tanış olma yeməyi” adlı görüş keçirilir.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Olduğum şəhər, təhsil, sosial həyat, yeni insanlarla tanış ola bilmə, iş və staj imkanları baxımından çox hərtərəflidir. Həmçinin, İstanbul, ərazisi böyük və əhalisi çox olduğu üçün fərqli təcrübələr qazanmaq, müxtəlif nəqliyyat vasitələrindən istifadə etmək, yeni yerlər görmək, kəşf etmək, fərqli millətlərin mədəniyyətləri ilə tanış olmaq və türk mətbəxinin fərqli təamlarından dadmaq üçün əlverişli bir şəhərdir.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Ümumiyyətlə, xaricdə təhsil almaq istəyən tələbələrə məsləhət görürəm ki, istənilən ölkədə və ya şəhərdə o yeri ən yaxşı dəyərləndirəcək şəkildə yaşasınlar. Tək yaşamaqdan qorxmasınlar və mütləq kiminləsə birlikdə yaşamağa cəhd etməsinlər. Tək yaşamağın da zövqlü tərəfləri var. Öz məqsədlərindən dönməsinlər, çünki yalnız o zaman uğurlu ola bilərlər. Heç kimin istəyi ilə ixtisas seçməsinlər, çünki sonra ya uğurlu ola bilməyəcəklər, ya da xoşbəxt. Həyatın qısa olduğunun, bu həyatda istədikləri kimi yaşamalı olduqlarının və bunu ən yaxşı təhsil alaraq, gəzərək, yeni insanlar tanıyıb yeni təcrübələr əldə edərək bacara biləcəklərini unutmasınlar... 🙂

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube