Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

April 28, 2023

Estoniyada Təhsil / Tartu Universiteti

Seriyamızın 15-ci günündə Estoniyanın Tartu şəhərində Murad ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Murad Xasməmmədov. Hal-hazırda 2022-2026 dövlət proqramı çərçivəsində Estoniyada, University of Tartu-da "Software Engineering" ixtisası üzrə magistr təhsili alıram.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

Universitetə IELTS nəticəsi (6.0), GPA, tövsiyyə məktubları, motivasiya məktubu və bir neçə ixtisas yönümlü layihə ilə müraciət etmişdim. Təqaüd üçün isə əlavə olaraq duolingo sertifikatını təqdim etmişdim.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Təhsil aldığım proqram University of Tartu və Tallinn University of Technology-nin (TALTECH) ortaq dərəcə proqramıdır. Buna görə də hər iki universitetdən dərslər almaq məcburidir. Məsələn, birinci semestrdə TALTECH-dən 2 dərs götürmüşdüm və həftənin bir günü Tartudan Tallinnə gedirdim. Onu da deyim ki iki şəhər arasındakı məsafə 180 km-dir. Amma ikinci semestrdə "enterprise software" (Tartuda) və ya "embedded software" (TALTECHdə) ixtisaslarından birini seçib ona görə davam etmək olur. Hal-hazırda ikinci semestri bir aydır ki başlamışıq və mən “enterprise software” üzrə Tartuda dərslərimi davam etdirirəm. Onu deyə bilərəm ki dərslər çox çətin deyil amma vaxt alır. Dərslərin tədrisində xoşuma gələn hallardan biri dərslərin daha çox praktiki biliklərə yönümlü olmasıdır. Demək olar ki hər bir dərsdə semestr boyunca bir layihə üzərində işləyirik.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Sosial fəaliyyətlərlə çox məşğul olduğumu deyə bilmərəm, amma tələbələrin qoşula biləcəyi fərqli klublar, idman oyunları, hackatonlar və s. mövcuddur. Əsas qoşulduğum sosial fəaliyyətlər idman oyunlarıdır və bunların da əksəriyyəti universitet tərəfindən qarşılanır.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Estoniya soyuq Baltik ölkələrindəndir və çox az əhalisi var (təxminən 1.3 milyon). Tartu isə 100 min nəfərlik əhalisi ilə ölkənin ikinci ən böyük şəhəridir. Estoniya daha çox IT sahəsində inkişaf etdiyinə görə ixtisasıma uyğun olaraq Avropadakı ən yaxşı ölkələrdən biridir. Burada Bolt, Wise, Microsoft Baltic office və s. kimi məşhur şirkətlər mövcuddur, hansı ki tələbələrə orada işləmək və ya təcrübə qazanmaq imkanı yaradır. Yaşam xərcləri isə Azərbaycan ilə müqayisədə bir qədər yüksəkdir: mən kirayə olaraq qalıram və aylıq qiymət 450 avrodur. Əlavə olaraq kommunal xərclər də qış aylarında 250 avroya qədər arta bilir. Əgər yataqxanada qalsanız daha az ödəməli olacaqsınız, hansı ki ikinəfərlik otaqda tək qalmaq istədikdə təxminən 280 avro, başqa bir nəfərlə qalmaq istədikdə isə 140 avro ödəməlisiniz. Ümumi olaraq Tartu ilə bağlı təəssüratlarım müsbətdir, ona görə ki sıxlıq yoxdur, şəhər təbiət ilə iç-içədir və təhlükəsizdir.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Xaricdə təhsil almaq istəyən dostlara hər şeyi son kursa saxlamamağı, 3cü kursa qədər təhsil almaq istədikləri universitet və ixtisası təyin edib ona görə planlı şəkildə hazırlaşmağı məsləhət görərdim. Hər kəsə uğurlar arzulayıram!

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube