Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

April 20, 2023

Amerikada təhsil/ Georgia İnstitute of Technology

Seriyamızın 10-cu günündə Amerikanın Atlanta şəhərində tələbəmiz Yusif ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Yusif Kazımzadə. Georgia Institute of Technology-də IT sahəsi üzrə təhsil alıram. Hazırda universitetdəki ikinci ilimdəyəm.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

Mən universitetə bir neçə olimpiada medalı, 1390 SAT və 7.5 IELTS nəticəlıri ilə daxil olmuşdum.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Təhsil səviyyəsi çox yüksəkdir. Hələ ikinci ilim olmasına baxmayaraq burada iki komanda ilə “Quantum Programming”, yəni Kvant Proqramlaşdırması sahəsi üzrə araşdırma aparıram. Təhsil həyatımıza mane olan problemlər olduqda universitet dəstək göstərir və hər şeyin daim yolunda getməsini təmin edir.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Burada sosial həyat önəmli bir məsələdir. Hətta bir çox şirkət komanda işi görmə qabiliyyətini yoxlamaq üçün sosial fəaliyyətlərə baxa bilir. İlk bura gəldikdə mədəniyyət şoku yaşansada öyrəşmək çox çətin deyil. Sosial olmaq həm də bir növ gələcək üçün investisiyadır: bu universitetlərin məzunları gələcəkdə önəmli yerlərdə çalışır və belə insanları tanımaq zaman-zaman köməyə çatır.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Mən Amerikanın Corcinya (Geogia) ştatında Atlanta şəhərində oluram. Bura indi Amerikanın ən sürətli böyüyən şəhərlərindəndir. Bir çox böyük şirkətin global ofisi burada yerləşir (Delta Airlines, Coca-Cola, UPS, NCR, SunTrust və s.). Burda oxuduğum üçün bu şirkətlərdə həm iş tapmaq, həm də işləmək daha asandır.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Təhsili bir tərəfə qoysaq, burada yaşayacağınız təcrübələr çox önəmlidir: fərqli mədəniyyətlərlə tanış olmaq, yeni insanlarla ünsiyyətdə olmaq dünya görüşünü artırır və gələcəkdə bir sıra maneələri aradan qaldırır. Gəlmədən öncə həyəcanlanır və alınmayacağın düşünürsünüzsə hamının eyni hissləri yaşadığını və eyni yoldan keçdiyini xatırlayın. Bu yolu keçmək lazımdır və əminəm ki, heç vaxt unutmayacağınız bir təcrübə olacaq💙

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube