Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

April 19, 2023

Böyük Britaniyada Təhsil / Glasgow Universiteti

Seriyamızın 9-cu günündə Böyük Britaniyanın Glasgow şəhərində Dövlət Təqaüd proqramı qalibi tələbəmiz Fatimə ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Fatimə Məmmədova. Hazırda Böyük Britaniyada yerləşən Glasgow Universitetində “International and Comparative Education” (Beynəlxalq və Müqayisəli Təhsil) ixtisası üzrə magistr təhsili alıram.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

Bakalavr ixtisasımı qırmızı fəxri diplom ilə bitirdikdən sonra beynəlxalq dil sertifikatları - IELTS və Duolingo əldə etdim. Bir sıra könüllülük proqramlarında iştirak edib, 3 il ərzində General English Teacher vəzifəsi üzrə bir neçə tədris mərkəzində fəaliyyət göstərmişəm.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Glasgow Universiteti hal-hazırda təhsil sisteminə görə çox yüksək səviyyədədir. Dərslər barədə bəyəndiyim xüsusiyyətlərdən biri də tələbə-əsaslı olmasıdır. Müəllimlər tələbələrlə mövzuları diskussiya edərək, onları birlikdə araşdıraraq öyrətməyə üstünlük verirlər və beləliklə tələbələr dərslərdə daha fəal iştirak edə bilirlər. Həmçinin kitabxanada rahatlıqla akademik mövzunu araşdıra və onu təhlil edə bilərsiniz. Elmi araşdırmalar və akademik fəaliyyətlər üçün universitet nəzdində bütün imkanlar yaradılıb.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Universitetdə fəaliyyət göstərən bir çox elmi və sosial klublar vardır ki, tələbələrin vaxtını xoş və səmərəli keçirməsinə kömək olurlar. Klublar vasitəsilə həmçinin digər xalqların adət-ənənələri ilə tanış ola və onlarla birlikdə bir neçə sosial fəaliyyətlərdə iştirak edə bilərsiniz.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Hal-hazırda Böyük Britaniyada yaşadığım şəhərdə bir çox məqam diqqətimi çəkib. Onlardan biri də insanların gülərüzlü və yardımsevər olmasıdır. Digər məqamlardan biri də onların yaşam tərzidir, həm aktiv şəkildə işləyir, sağlamlıqlarına diqqət edir, həm də ailələri ilə gözəl vaxt keçirirlər.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Xaricdə təhsil almaq istəyən tələbələrə qarşılarına məqsəd qoyub onun üçün çalışmalarını tövsiyə edə bilərəm. Nə qədər çox çalışsalar, o qədər çox öndə olmuş olacaqlar. Dil biliklərini, akademik göstəricilərini inkişaf etdirsinlər. Xaricdə təhsil üçün akademik göstəricilər vacib olduğu doğrudur, ancaq daha sonra yaşadığın ölkəyə uyğunlaşmaq, harmoniyada olmaq da vacib məqamlardan biridir. Bu yolda addımlayan hər kəsə uğurlar!🤗

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube