Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

April 18, 2023

TOP 1-də təhsil / MIT Universiteti

Seriyamızın 8-ci günündə Amerikanın Cambridge şəhərində tələbəmiz və komanda yoldaşımız Salman ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Salman Hüseynov. 2005-ci ildə doğulmuşam və o vaxtdan Astara rayonun Pensər kəndində yaşamış, eyni kəndin 2-saylı məktəbində tam orta təhsil almışam (7-ci sinif istisna olmaqla, hansı ki, Lənkəran İstək Liseyində təhsil almışdım). Hər iki valideynim müəllim, həmçinin atam kimya müəllimi olduğundan elmə marağım yaranıb və bu elm olimpiadalarında iştirakıma, o da, öz növbəsində, MIT-yə qəbul olmağıma yol açıb. Burada, təbii ki, bir sıra digər önəmli faktorlar da var, amma ən qısa hekayəsi budur.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

SAT imtahanında 1520, IELTS imtahanında 8.0 bal toplamışdım. Bundan əlavə, biologiyadan 1 respublika (bürünc), kimyadan isə 2 respublika (gümüş, qızıl) və 1 beynəlxalq olimpiada (bürünc) medalım var idi.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Ən çox diqqətimi çəkən hər şeyin şagird yönümlü olmasıdır. Məsələn, əgər səhhətinizdə bir problem və ya başqa ciddi bir işiniz varsa, tapşırıqları təxirə sala, imtahanlarda isə başqa vaxtı iştirak edə, ya da imtahandan azad ola bilirsiniz. Həm də, əksər hallarda, tələbənin dərsi qavraması üçün üç müxtəlif yolu olur: leksiyalar, təkrar sessiyaları və ofis saatları. Leksiyalarda professorlar dərsi izah edir və danışan əksərən sadəcə professor olur. Təkrar sessiyalarında “müəllim köməkçiləri” (teaching assistants) daha kiçik siniflərdə dərsi tələbələrlə müzakirə edir və uyğun nümunə tapşırıqlar həll edilir. Ofis saatlarında isə professor və ya “müəllim köməkçisi” 1 saat ərzində tələbələrin suallarını cavablandırır. MIT-də ixtisasından asılı olmayaraq hər bir tələbənin məzun olmadan tamamlamalı olduğu 14 dərs var: bunlara 2 fizika (Nyuton mexanikası və elektromaqnetizm), 2 riyaziyyat (birdəyişənli və çoxdəyişənli kalkulus), kimya, biologiya və 8 humanitar dərs daxildir. Həm də hamı məzun olmaq üçün üzgüçülük testi verməlidir. Dərslərdən əlavə tələbələrin bir neçə akademik fəaliyyət etmə imkanı olur: onlar “müəllim köməkçisi” ola bilər, yaxud elmi araşdırmalarda iştirak edə bilərlər. Bəzi dərslər üçün həm də repetitor olma imkanı var.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

İlk semestr başlamadan öncə MIT-də “midway” adlı tədbir baş tutmuşdu. Tədbirin mahiyyəti universitetdəki klub üzvlərinin stendlər quraraq öz klublarını tanıtmaları idi. Orda olduqda MIT-də nə qədər klubun olduğunu anlamaq olur. Bura müxtəlif məqsədli klublar daxildir: müxtəlif ölkə, etnik və ya dini mənsubiyyətlərin qrupları: məsələn, türk şagirdlər birliyi, müsəlman şagirdlər birliyi, və ya yəhudi şagirdlər birliyi. Bəzi qruplar isə sosial və akademik fəaliyyətlərlə bağlıdır: MIT elm olimpiadaları qrupu, və ya MIT kimya qrupu. Bunlardan əlavə, yataqxanalar da müəyyən mənada klublar kimidir. Tez-tez görüşüb müxtəlif işlər görürük: məsələn, dekabrda yataqxananın yeni il ağacını bəzəmək üçün şagirdlər bir yerə toplanmışdı. Bəzən tələbələr və ya yataqxanadakı nəzarətçilər şirniyyat bişirir və hamını həmin mərtəbəyə dəvət edirlər. Çoxu şirniyyata yox demir.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

MIT Cambridge şəhərində yerləşir. Bura daha məşhur qonşusu olan Bostona nisbətən daha kiçikdir. Bostonla Cambridge-i Charles gölü ayırır, Harvard körpüsü isə birləşdirir. Bostonun çox gözəl, bir qədər qədimi arxitekturası var və MIT-dən əlavə Harvard, Boston University, Northeastern və Tufts kimi universitetlər burada yerləşir. Şəhərin həm də metroları var, amma Bakıdakı qədər istifadə olunmur. Bu, təbii ki, yol getməyi asanlaşdırır. Şəhərə çıxdıqda gözə ən tez sataşan şeylərdən biri Harvard köynəklərinin çoxluğudur. İkinci nəzərə çarpan isə MIT köynəklərinin yoxluğudur. Əgər düzünü desəm, şəhəri çox da gəzməmişəm və dostlarım mənə Bostonla bağlı şəkil və videolar göndərdikdə o mənzərələri ilk dəfə görmüş oluram. Növbəti semestrda bu səvhimi düzəltməyi düşünürəm.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Təəssüf ki, Amerikada universitetə qəbul olmağın heç Amerikalılar üçün belə dəqiq bir yolu yoxdur. Baxmayaraq, özüm də daxil olmaqla bunu bacaran çoxlu gənclərimiz var. Özümə, həm də bu gənclərə baxdıqda gördüyüm odur ki, bunun tək bir yolu yoxdur. Məsələn, mən olimpiadalarda iştirak etmişdim. Məndən öncə MIT-yə daxil olan Barış Namazovda da eyni haldır. Keçən il ölkəmizdə Züleyxa Kişiyeva ilə tanış olmuşdum. Özü UPenn-də təhsil alır və o, həm də digər UPenn tələbəsi olan Reyhan Camalova, layihələr üzərində çalışmışdılar. Bu il də Zülfiyyə Kişiyevanın Stanford universitetinə qəbuluna sevindik və o, bildiyim qədərilə, riyaziyyat elmi ilə bağlı kitab yazmışdı. Təbii ki, bu saydıqlarımın hamısının sənədlərində dediklərimdən əlavə fəaliyyətlər də olub, amma hamının sevərək etdiyi və uğurlu olduğu bir sahə var. Mənim anladığım budur ki, sevdiyiniz bir sahədə uğur qazanmalısınız. Eyni qanunauyğunluğu həm də öz tələbə yoldaşlarımda görürəm. Düşünürəm ki, sevdiyiniz fəaliyyətlə məşğul olub uğurlu olmaq sizə həm də bir universitetdən daha artığını qatacaq.

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube