Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

April 15, 2023

Sinqapurda Təhsil / NUS Universiteti

Seriyamızın 6-cı günündə Sinqapurda tələbəmiz Nəriman ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Nəriman Şirinli. Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar liseyinin məzunuyam və hal hazırda Sinqapurda, NUS-da (National University of Singapore) təhsil alıram.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

1470 SAT və 8.0 IELTS balım, həmçinin yerli və beynəlxalq olimpiadalardan kimya fənni üzrə medallarım var idi. Bunlara Respublika Fənn Olimpiadalarından 1 gümüş və 3 qızıl, Beynəlxalq Kimya Olimpiadalarından isə 3 bürünc (Mendeleyev, Meqapolis və IChO) və 3 gümüş (Mendeleyev, Meqapolis və IChO) medal daxildir. Bundan əlavə, komanda üzvü olaraq Sabahın Alimləri layihə olimpiadasından da qızıl medal qazanmışdım.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Asiya universitetlərində dərs proqramları digər yerlərə nisbətən daha intensiv və çətin olur və bu NUS üçün də düzgündür. Burada təhsilə başlamaq üçün lazım olan təməl baza da yüksəkdir, çünki Sinqapurda təhsil almış şagirdlər universitetdən öncə ixtisaslarına uyğun iki il əlavə təhsil alırlar. Online sistemdən iştirak etdiyimiz dərslərin pre-requisite-lərini (dərsə başladıqda bilinməli olanlar) görə bilirik və əksər dəsrlərdə buna Calculus I və II daxildir, hansı ki bizim məktəblərdə öyrədilmir. İş təcrübəsi qazanmaq üçün xüsusi bir applikasiya var və biz bura öz CV-mizi daxil edirik. Bu applikasiya üzərindən həm iş təklifi ala, həm də istədiyimiz işlər üçün müraciət edə bilirik. Araşdırmalar üçün isə professorlara (xüsusən dərslərində yaxşı olduğumuz professorlar) müraciət edilir və onlar tələbələri istiqamətləndirir. NUS həm də bizi Coursera və edX kimi vebsaytlarda Premium üzvlük ilə təmin edir. Bunun məqsədi təhsil aldığımız universitetin təhsilinə və bu professorların fikirlərinə limitlənməməyimizdir. Bunu da qeyd edim ki, qiymətləndirmə bir qədər olimpiada kimidir. Məsələn, tələbələrin ilk 5%-i A, sonrakı 10%-i B alır və s. Bu, təbii ki, rəqabəti artırır.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Universitetdə klubların sayı bəs qədər çoxdur və bunlara üzv olub sosial fəaliyyətlərdə iştirak etmək, xüsusən beynəlxalq tələbələr üçün bir növ şərtdir. Çünki biz yataqxanalara sənəd verdikdə ilk baxılan hansı klublara üzv olduğumuz və nə qədər aktiv fəaliyyət göstərdiyimizdir. Mən şahmat və stolüstü tennis klublarına üzv olmuşam və fəaliyyətlər kifayət qədər əyləncəli və maraqlıdır.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Olduğum ölkə bir şəhərdir 😊 Mən təbiəti sevən birisi olduğumdan Sinqapuru çox bəyənirəm. Ərazicə Bakıdan 3 dəfə balaca olmasına baxmayaraq ölkədə həm müasir şəhər, həm də meşə ab-havasını eyni anda hiss etmək olur. Əgər soyuq sevənsinizsə, bir problem var: ölkədə daim yay fəslidir.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

SAT və IELTS nəticələrindən əlavə portfolioya çox önəm vermək lazımdır: bu olimpiada, start-up və ya başqa bir fəaliyyət ola bilər. Həmçinin, deadline-lara diqqətlə yanaşmaq və imtahan hazırlıqlarına vaxtında başlamaq lazımdır. Nəzərə almaq lazımdır ki, SAT və IELTS imtahanları da geniş bir materialı əhatə edir. Bundan əlavə, valideynlər üçün məsləhətim bu olardı ki, əgər övladlarının müəyyən elmə qarşı maraqları varsa, özlərini fənn müsabiqəsi və ya olimpiadasında sınasınlar. 7-ci sinif şagirdi üçün 5 il sonrası bir o qədər də maraqlı olmaya bilər, lakin bu sonradan çox faydalı olur. Ən sonda isə bunu demək istəyirəm ki, top universitetlərə qəbul olmaq bir qədər də bəxt işidir. Qəbullanmaq lazımdır ki, bir nöqtədən sonra nəticə bizdən asılı olmur.

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube