Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

April 14, 2023

Böyük Britaniyada Təhsil / Glasgow Universiteti

Seriyamızın 5-ci günündə Böyük Britaniyanın Glasgow şəhərində tələbəmiz Ləman ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Ləman Əliyeva. Hal-hazırda Böyük Britaniyanın Glasgow universitetində “İnternational and Comparative Education” ixtisası üzrə təhsil alıram.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

2021-ci ildə Bakı Mühəndislik Universitetini 99.12 GPA göstəricisi ilə ixtisas birincisi olaraq bitirmişəm. IELTS nəticəm 7.5 olub. Ölkə daxilində və xaricində bir çox könüllülük proqramlarında, beynəlxalq layihələrdə iştirak etməklə yanaşı, Ruminya Səfirliyinin nəzdində fəaliyyət göstərən Mərkəzdə çalışmışam. Almaniya və Ruminyada Erasmus proqramlarında iştirak etmişəm və təcrübə müddətində Rumıniyanın Piteşti Universitetində fəaliyyətimi davam etdirmişəm. “Gənc Tədqiqatçılar” (IV International Scientific Conference of Young Researchers) Elmi konfransında 2 akademik məqaləm çap olunub.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Hal-hazırda təhsil aldığım universitet - University of Glasgow-da təhsil səviyyəsi kifayət qədər yuxarı və dərs proqramı kifayət qədər çətindir. Bu universitet Böyük Britaniyadakı ən nüfuzlu və aparıcı tədqiqat universitetlərindən biri hesab olunur və dərslər əsasən tədqiqat yönümlüdür. Dərslər və tapşırıqlar nəzəriyyədən daha çox analitik yanaşma tələb edir. Qiymətləndirmə 22 ballıq sistem üzrə hesablanır və yüksək qiymət almaq üçün çox çalışmaq və günün çox hissəsini kitabxanada keçirmək lazım olur))

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Universitetdə tələbə həyatı hərəkətlidir. Müxtəlif kampuslarda tələbələrin istifadəsi üçün nəzərdə tutulmuş çoxsaylı qeyri-tədris yönümlü obyektlər var. Burada tələbə təşkilatlarının sayı da kifayət qədər çoxdur. Hətta müxtəlif ölkələrdən olan tələbələr birləşərək burada öz klublarını yaradırlar və bu da beynəlxalq atmosfer yaradır. Tələbə ittifaqları tələbələrə bir sıra könüllülük fəaliyyətlərində, habelə sosial işlərdə iştirak imkanları, əyləncə, sosiallaşmaq kimi üstünlüklər təklif edir.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Fikrimcə, ingilis dilli ölkədə yaşamağın çox böyük üstünlükləri var və Böyük Britaniyanı seçməyimin səbəblərindən biri də budur. Ölkənin tarixi və mədəniyyəti haqqında olduqca çox danışmaq olar və bəzən özümü başqa bir dövrdə hiss edirəm. İnsanlar çox mehriban və yardımsevərdilər: daima suallarınızı cavablamağa çalışırlar və əllərindən gələn köməyi edirlər. Yaşam xərcləri digər Avropa ölkələri ilə müqayisədə daha bahadır; xüsusilə ev, yataqxana və nəqliyyat qiymətləri olduqca yüksəkdir. Xaricdə yaşamağın təbii ki çətinlikləri var, lakin keyfiyyətli təhsil və yeni təcrübələr qazanmaq bu çətinlikləri unutdurur.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Xaricdə təhsil almağı planlayan tələbələrə əsas məsləhətim məktəb illəri və bakalavr dövründə daim aktiv olmaları və özlərini hərtərəfli inkişaf etdirmələridir. İstər könüllülük, istərsə də iş təcrübəsi, əlavə dil öyrənmək, aktiv sosial həyat daim onların yollarını işıqlandıracaq. Seçəcəkləri ixtisas və ölkəni doğru müəyyənləşdirib, göstəricilərini yüksək tutmaları onlara çox kömək olacaq. Çətinliklərə hazır olsunlar, çünki ailələrinin yanında olan rahatlığı burada tapmaya və bir çox problemləri tək həll etməli olacaqlar. Bir də, bütün tələbələrə uğurlar arzulayıram✨

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube