Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

January 24, 2023

"ROOF Tələbələri ilə Dünya Ətrafında 80 Gün"

Seriyamızın 2-ci günündə Finlandiyanın Lahti şəhərində tələbəmiz Nuran ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Əliyev Nuran. 17 yaşım var. Finlandiyanın Lahti şəhərində, LUT University-də təhsil alıram və ixtisasım industry engineering-dir (sənaye mühəndisliyi).

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

Universitetə 6.5 IELTS balı ilə qəbul olmuşam.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Burada təhsil gözlədiyimdən daha yaxşıdır. Məncə müəllimlərin hamısı çox istedadlı və biliklidirlər, həmçinin dərsləri çox yaxşı izah edirlər. Tədris ingilis dilində olsa da, onları çox aydın anlamaq olur. Dərslər isə sadəcə sinif otağında, lövhə üzərində hesab edilmir: mütəmadi olaraq laboratoriyalarda praktika edirik. Dərslərin çox çətin olduğunu düşünmürəm, lakin çox vaxt alırlar. Amma bu, qorxulu deyil, çünki tapşırıqları tamamlamağa çoxlu vaxtımız olur.

4) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Mənim olduğum şəhər çox səyahət edilən bir yer deyil, buna görə də çox sakitdir. Baxmayaraq, çox gözəl mənzərələri, təmiz havası və istiqanlı insanları var. Bu təhsilə də təsir edir: müəllimlər suallarımıza həvəslə yanaşır və daim kömək etməyə can atırlar. Paytaxt şəhər Helsinki və ölkənin ikinci ən böyük şəhəri olan Tamperedə də olmuşam və oralar da çox maraqlıdır. Yaşam xərcləri isə bir qədər yüksəkdir. Bu, təbii ki, Finlandiyada yaşayıb işləyən insanlar üçün belə deyil, amma Azərbaycan standartlarına nisbətən bahadır. Vacib ehtiyacları qarşılamaq üçün bir həftədə €50-100, bir ayda isə ortalama €300 lazımdır. Bundan əlavə, mən kirayə olaraq evdə qalıram. Şəhərin mərkəzi yaxınlığındadır və aylıq qiyməti €500-dur. Lakin buna qaz və işıq xərcləri də daxildir. Burada qalmaq istəyənlərə məsləhətim qidalarında balıq ətinin yer almasıdır, çünki digər növ ətlər daha bahalıdır. Bunlar təbii ki, təhsildən əlavə xərclərdir. Mən universitetdə 3 il təhsil alacam və birinci il endirim ilə €7500, növbəti iki ildə isə hər il €9000 ödəyəcəm.

5) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Xaricdə təhsil almaq istəyənlərə məsləhətim bu olardı ki, Avropanı seçsəniz qətiyyən səhv etmiş olmayacaqsınız. Burada təhsil keyfiyyəti gözləniləndən çox yüksəkdir.💙

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube