Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

October 17, 2023

Amerikada Təhsil / Massachusetts Institute of Technology (MIT)

Seriyamızın 80-ci günündə ABŞ-ın Cambridge şəhərində tələbəmiz Dəniz ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Dəniz Səttarlı. 17 yaşım var və MIT-də 1-ci kurs tələbəsiyəm.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?

Universitetə 8 IELTS və 1490 SAT imtahan nəticələri, həmçinin beynəlxalq və respublika kimya olimpiadalarından uyğun olaraq bir bürünc və iki qızıl medal ilə qəbul olmuşdum. MIT tərəfindən təmin edilən tam təqaüd ilə təhsil alıram.

3) Universitetdə təhsil necədir (dərslər, elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Universitetdə tələbələrin iştirak edəcəkləri dərsləri seçmək azadlığı var. Buna baxmayaraq hər bir tələbənin dörd il ərzində tamamlamalı olduğu dərslər var ki bunlara fizika 1 (klassik mexanika) və 2 (elektromaqnetizm), kalkulus 1 (birdəyişənli kalkulus) və 2 (çoxdəyişənli kalkulus), kimyaya giriş və biologiyaya giriş dərsləri daxildir. Bunlar GIR (General Institute Requirements) adlanır. Bəzi dərslər üçün ASE (Advanced Standing Exam) kimi imtahanlarda iştirak etmək mümkündür ki, dərslərdə iştiraka ehtiyac qalmasın. Məzun olmaq üçün həm də üzmə testi vermək vacibdir. Həmçinin universitetdə ixtisası ilk kursda seçmirik. Mən buraya gəldikdə kimya ixtisası üzrə təhsil alacağımı düşünürdüm. Universitetdə kimya təhsilinin olimpiada yanaşmasından bir qədər fərqli olduğunu gördüm. Nə edəcəyim ilə bağlı fikrim hal-hazırda dəqiq deyil, lakin universitet bunu müəyyən etmək üçün şərait yaradır. Bundan əlavə universitetdə araşdırma imkanları mövcuddur. Hal-hazırda iştirak etdiyim “Hands-on Engineering” adlı kimya və biologiya mühəndisliyi departamenti tərəfindən təşkil olunan proqramda laboratoriyalarda işləyir, semester boyu iki layihə həyata keçiririk. Universtetdə tapşırıqlar üzərində birlikdə işləmək üçün də imkanlar var.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Burada “Greek Life” (yunan həyatı) konsepti var, hansı ki yunan əlifbasının hərfləri ilə adlandırılan klublardan ibarətdir. Məsələn, alfat-tetta-pi. Bu klublara üzv olduqda zaman-zaman müxtəlif tədbirlər, şənlikləri təşkil etmək və bunlarda iştirak etmək olur. Həmçinin, Bakalavr Tələbələri Assosiasiyası (Undergraduate Students Association) var ki universitetdə olan müxtəlif problemlər müzakirə olunur və həll edilməyə çalışılır. Mən bu assosiasiyaya üzvəm. Bunlardan əlavə çoxlu klublar var. Din, millət və maraqlar üzərindən tələbələri bir araya gətirir. Universitetdə həm də kodlaşdırma və riyaziyyat yarışmaları təşkil edilir.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

MIT Massachusetts ştatında, Boston şəhərinin yanındakı kiçik Cambridge şəhərində yerləşir. Boston və Cambridge-i Charles çayı ayırır. Çayın o tərəfində Harvard, Boston kimi universitetlər var. Bank, alış-veriş kimi müxtəlif məqsədlər üçün Bostona yolumuz tez-tez düşür. Charles çayı şəhərin mənzərəsini çox gözəlləşdirir. Ümumi çox sakit, amma gözəl şəhərdir. Amma Massachusetts şərq sahillərində ən bahalı ştatlardan biridir. Boston isə ştatın ən bahalı şəhəridir. Şəhərdə insanlar gülərüz və mehribandır.

6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Verə biləcəyim ən böyük məsləhət yenilik, dəyişmə və çətinlikdən qorxmamaqdır. Yeni imkanlar olan yerlərə can atmaq çox vacibdir və digər ölkələrdə olmaq bir o qədər də çətin deyil. Digər əsas məsləhətim isə vaxtı düzgün idarə etmək olardı. Bu, xüsusən universitet illərində çox lazım olur.

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube