Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

October 14, 2023

Türkiyədə Biznes Mühəndisliyi üzrə Təhsil / İstanbul Teknik Universiteti

Seriyamızın 77-ci günündə Türkiyənin İstanbul şəhərində tələbəmiz Cəlil ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Cəlil Nəzərli. Türkiyədə, İstanbul Teknik Universitetində (İTÜ) İşletme Mühendisliyi (100% ingiliscə) ixtisası üzrə təhsil alıram. Bu semestr ikinci kursa başlayıram.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?

Universitetə 1410 SAT nəticəsi ilə qəbul olmuşam. Birinci kursda illik təhsil haqqı 11400 TL idi (o zaman üçün təxmini $630). Lakin bu il ekonomik vəziyyətə görə illik təhsil haqqı 20000 TL olub (təxmini $740). Kampusdaki yataqxanada qalıram. Aylıq ödənişi 850 TL-dir. Nahar və şam yeməyini çox vaxt universitetin yeməkxanasında yeyirəm (günə cəmi 30 lira edir). Kampusun içində 3 market var və ehtiyac olduqda həmin marketlərdə alış-veriş etmək olur.

3) Universitetdə təhsil necədir (dərslər, elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Universitetdə təhsil yüksək səviyyədədir və ITU-nun reytinqi dünya universitetləri arasında hər il artır. Təhsil proqramı kifayət qədər çətindir. Məsələn bu il 208 nəfər üçün açılan fizika kursundan 177 nəfərin kəsilməsi olub. Təhsili daha çətinləşdirən kursların bir-biri ilə bağlı olmasıdır. Bir kursu keçə bilməyən tələbə həmin kursla əlaqəli olan digər kursa başlaya bilməz.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

ITU yalnızca təhsil deyil, həm də geniş əyləncə və sosial fəaliyyət çeşidliliyi ilə özünü göstərir. Klublar, yarışmalar və digər sosial tədbirlər tələbələrə təhsil xaricində dərindən təcrübələr əldə etmə imkanı verir. Mən hal-hazırda öz ixtisasımla bağlı start-up layihəsində işləyirəm. Bundan əlavə universitetdə idmanla məşğul olmaq üçün çoxlu imkanlar var (idman zalı, futbol, üzgüçülük və s.).

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

İstanbul haqqında yeni bir şey deyə biləcəyimi düşünmürəm, çünki Azərbaycanda hər kəs onun möhtəşəmliyinə və tarixinə bələddir.

6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Əgər xaricdə təhsil almaq istəyiniz varsa şübhəsiz ki gedin, çünki müstəqillik insanın kiçik yaşlarından öyrənə biləcəyi ən yaxşı bacarıqlardan biridir. Bundan əlavə sizə məsləhət görərdim ki, öz ixtisasınızı başqalarının istədiklərinə görə deyil, öz maraq və qabiliyyətlərinizə uyğun seçəsiniz. Öz yolunuzu özünüz seçin.

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube