Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

October 12, 2023

Türkiyədə Diş Həkimliyi üzrə Təhsil / İzmir Katip Çelebi Universiteti

Seriyamızın 75-ci günündə Türkiyənin İzmir şəhərində tələbəmiz Əli ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Əli Fəttah. İzmirin Katip Çelebi Universitetində diş həkimliyi ixtisası üzrə 4-cü kurs tələbəsiyəm.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?

Universitetə SAT nəticəm ilə qəbul olmuşdum. Ödənişli təhsil alıram. İlk il 24.000 TL ödəniş etmişdim, ikinci il 29.000, üçüncü il isə 40.000 TL ödədim. Hər il müəyyən qədər qiymət artımı olur.

3) Universitetdə təhsil necədir (dərslər, elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Təhsil bizdə iki yerə ayrılır - nəzəri və praktiki. Nəzəri olaraq 5 il təhsil alırıq. Bu qisimdə resurslar, kitabxanamız ürəkaçandır. Praktiki təhsilə gəldikdə isə ilk 3 il Fantom Laboratoriyası dediyimiz məkanlarda maket çənələrdə stomatologiya sahəsinin bütün müalicəvi prosedurları ilə tanış olduq, işlədik, öyrənməyə çalışdıq. Bu çətin, disiplinli perioddur. Səhv etmə qorxusu yoxdur, çünki maket üzərində çalışırıq. Bu baxımdan yaxşıdır. Sonrakı 4 və 5-ci siniflərdə isə Klinik dediyimiz bölgədə xəstələrlə işləyirik. Bu siniflərdə təhsilin böyük hissəsini praktik təhsil təşkil edir və yetərincə stresli, çətin mərhələdir. Xəstələrlə əlaqədə olmaq, onlara zərər vurmadan müalicə etmək vəzifəmizdir. Bu baxımdan diş həkimliyi təhsilinin praktik hissəsində çoxsaylı və lazımi təcrübəyə yiyələnirik.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

İzmir Türkiyənin qərbində yerləşən, tələbələrin çoxluq təşkil etdiyi böyük bir şəhərdir. Əyləncə və istirahət məkanları çoxdur. Universitetin özündə də bir çox maraqlara uyğun tələbə klubları var. Hər kəs öz hobbisinə uyğun fəaliyyətlərə qoşula bilir. Gəzməli yerlər, dəniz sahilləri, muzeylər, gecə həyatı - şəhərdə hər şey var.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Türkiyə mədəniyyət olaraq bizə yaxındır. Din, dil, yemək və s. hər bir nüansda bizim cəmiyyətə yaxındır. İzmir şəhəri Türkiyənin ən qərbində yerləşdiyi üçün isə biraz daha uzaqdır bizim cəmiyyətə. Cəmiyyət biraz daha "Avropasayağı"dır. Bunun yaxşı və ya pis olması sizin zövqünüzdən asılıdır.

6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Xaricdə təhsil almağın müsbət və mənfi cəhətləri var. Tibb sahəsini düşünənlər üçün Türkiyə yaxşı seçimdir. Çünki səhiyyə sistemi Azərbaycana nisbətdə daha çox inkişaf edib və praktik biliklərə üstünlük verilir. Bir digər tərəfdən gənc yaşda yalnız yaşamaq işin çətin tərəfidir. Bu təcrübə olaraq insana faydalıdır, amma eyni zamanda problemlər yaşana bilər. Diş həkimliyində təhsil alan bir tələbə olaraq deyə bilərəm ki, Türkiyə diş həkimliyi təhsili üçün yaxşı seçimdir.

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube