Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

October 06, 2023

Koreyada Kompüter Elmləri və Riyaziyyat üzrə Təhsil / KAIST Universiteti

Seriyamızın 69-cu günündə Koreyanın Daejon şəhərində tələbəmiz Abbas ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Abbas Məmmədov, 21 yaşım var. Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun (KAIST) 3-cü kursunu başa vurmuşam. Hal-hazırda təhsilimi ikili ixtisas proqramına əsasən Kompüter Elmləri və Riyaziyyat üzrə davam etdirirəm. Bununla yanaşı, Süni İntellekt (AI) sahəsi üzrə elmi araşdırma edirəm.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?

Universitetə bir neçə yerli və beynəlxalq Riyaziyyat Olimpiada uğurları, 1380 SAT, 7.0 IELTS və SAT Subject - Math Level 2 (800) nəticələri ilə müraciət edib qəbul almışdım. Təhsil haqqı universitet tərəfindən maliyyələşdirilir və əlavə olaraq müəyyən qədər xərcləri qarşılamaq üçün aylıq təqaüd də verilir.

3) Universitetdə təhsil necədir (dərslər, elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Dərslərin əksəriyyəti xüsusi diqqət ilə xeyli yaxşı şəkildə təşkil edilib ki, bu da öz növbəsində öyrənmək istəyən biri üçün çox əla bir imkan yaradır. Layihələrə əsaslanan dərslər isə sahə üzrə təcrübə qazanmaq üçün şərait yaradır və buradan qazanılan təcrübə ilə tələbələr tətil ərzində bir çox şirkətlərdə təcrübə proqramlarına (internship) qatıla bilərlər. Amma bunu da qəbul etmək lazımdır ki, dərslər maraqlı olduqları qədər də çətindir. Akademik cəhətdən universitet xeyli prestijli və fürsətlərlə dolu bir yerdir. Hələ bakalavr ilindən tələbələr labaratoriyalara qoşula, orada professor və PhD mentorları ilə seçdikləri sahə ilə bağlı ciddi elmi araşdırmalar edə bilərlər.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Universitetdə demək olar ki, istənilən sahəyə uyğun bir sosial fəaliyyət və ya klub tapmaq olar. Lakin bir çox hallarda bu klublar Koreya dili bilmək tələb edir. İmtahanlardan sonra və tətillərdə isə bəzi idman/intellektual yarışmalar, festivallar, ekskursiyalar, konsertlər təşkil edilir.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Üniversitet Cənubi Koreyanın Daejeon şəhərində yerləşir. Ölkə olaraq mənim Koreya ilə bağlı fikirlərim kifayət qədər müsbətdir. Maraqlı təbiətləri, adət-ənənələri, yüksək səviyyədə olan qayda-qanunları səbəblərdən yalnız bir neçəsi ola bilər. Daejeon isə Koreyanın mərkəzində yerləşən sakit, kiçik və canlı təbiəti olan bir şəhərdir.

6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Akademik cəhətdən təhsillərini maraqlı və əylənərək davam etdirmək istəyən hər kəs üçün Koreyanı, xüsusi ilə də KAIST-i fürsətlərlə dolu bir yer kimi tövsiyyə edərdim. Koreyaya gəlməzdən öncə müəyyən qədər dilə yiyələnmək çox böyük bir avantaj ola bilər.

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube