Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

October 02, 2023

Azərbaycanda ikili diplom proqramı ilə Təhsil / Azərbaycan Dövlət Pedaqoji Universiteti və George Washington Universiteti

Seriyamızın 65-ci günündə komanda yoldaşımız Nəzrin ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Nəzrin Hüseynli, 22 yaşım var. Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin ikili diplom proqramının II kurs magistr tələbəsiyəm. ADPU-da “Menecment” (Təhsilin Təşkili və İdarə Olunması), CVU-da isə “Təhsil Siyasəti və Liderlik” ixtisası üzrə təhsil alıram. Eyni zamanda ROOF Academic Trainingdə General English müəllimi olaraq çalışıram.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?

2022-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyi (SABAH qrupları) ixtisasından məzun olmuşam. Ümumi ortalamam 97.4, IELTS balım isə 8.0 idi. Bundan əlavə, təhsil, sosial inkişaf və incəsənətlə bağlı fərqli layihələrdə iştirak etmişəm. Hal-hazırda ödənişsiz əsaslarla təhsil alıram. Hər iki universitet üçün illik “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” tərəfindən qarşılanır.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Düşünürəm ki, bu proqram ölkə daxilində xarici təcrübəni əldə etmək üçün əla fürsətdir. ADPU-dakı professorlarımızın hər biri xaricdə təhsil almış və təhsilimizə töhfə vermiş peşəkarlardır. CVU-dakı fənnlərimiz isə ABŞ-dan gələn professorlar tərəfindən tədris edilir. Əlavə olaraq, I kursun sonunda bizdən təcrübə tələb olunur. Bununla da 2 il ərzində həm təcrübə qazanmış, həm də təhsildə hansı istiqamət üzrə ixtisaslaşacağımıza qərar vermiş oluruq.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Demək olar ki, hər ay ADPU rəhbərliyi tərəfindən fərqli təhsil qurumlarına, institutlara, liseylərə, peşə məktəblərinə və STEAM mərkəzlərinə ziyarətlər təşkil edilir. Peşəkarlarla görüşüb onların təcrübələri ilə təhsildəki yeniliklərlə yaxından tanış oluruq.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Dərslərimiz Bakıda keçirilir.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Akademik oxu və yazı bacarıqlarını inkişaf etdirməyi tövsiyə edərdim, çünki həm ADPU, həm də CVU üzrə dərslərimiz ingiliscə tədris edilir. Proqrama təhsil sahəsində ən azı 1 illik təcrübə ilə müraciət etməyi də məsləhət görərdim. Doğrudur, qrup yoldaşlarınızın təcrübələrindən yararlana bilərsiniz, lakin bu danılmazdır ki, heç nə öz təcrübənizin qatqısı qədər effektiv ola bilməz.

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube