Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

September 25, 2023

Koreyda Bioloji Elmlər üzrə Təhsil / KAIST Universiteti

Seriyamızın 58-ci günündə Cənubi Koreyanın Daejon şəhərində tələbəmiz Mətin ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Mətin Muradlı. Koreya Qabaqcıl Elm və Texnologiyalar Institutunun (KAIST) 2-ci kurs tələbəsiyəm. Hazırda Bioloji elmlər üzrə təhsilimi davam etdirirəm.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?

Universitetlərə müraciət etdiyim zaman göstəricilərim belə idi: SAT 1390, IELTS 6.5, SAT subject Biology M 800, Chemistry 790. Bunla yanaşı bir sıra yerli və beynəlxalq Biologiya olimpiadalarından mükafatlarım var idi. Tam təqaüdlü təhsil alıram. 12 aylıq yaşam xərci ortalama olaraq təqribən 5.5-7.5 min dollar təşkil edir.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Bizim universitet elmi tədqiqat yönümlüdür və hər il laboratoriya səviyyəsində yüzlərlə elmi məqalə yayımlanır. Universitetdə əsas ixtisas professorlarının hər birinin ayrı laboratoriyası var. Mən də hazırda KAIST və IBS (Institute for Basic Sciences) nəzdində olan Sinaptik Beyin Xəstəlikləri Mərkəzində (Center for Synaptic Brain Disorders) tədqiqat köməkçisiyəm. Dərslərə gəldikdə isə KAIST Koreyanın ən yaxşı universitetlərindən biridir, ona görə də dərslərdə çox ciddi rəqabət var. Bu səbəbdən bütün tələbələr yaxşı göstəricilər əldə etmək üçün ciddi səy göstərirlər.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir?

Koreyanın bir mənfi xüsusiyyəti varsa, o da dil bariyeridir. Əfsuslar olsun ki, bizim universitetdə olan bir çox tələbə klubu yalnız Koreya dilində səlist danışanları qəbul edir. Amma bunun xaricində kifayət qədər çox tədbirlər və festivallar keçirilir. Hər tədbirdə isə bir-birindən fərqli mükafatlar qazanmaq mümkündür.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Koreya, xüsusilə də son illərdə, musiqi və kinematoqrafiya sahələrində gənclərin maraqlarına xitab etdiyi üçün favoritə çevirilib. Amma mənim daha çox xoşuma gələn xüsusiyyətləri gözəl təbiəti və infrastrukturudur. Belə ki, Koreyanın quru sahəsinin təqribən 70%-i dağlıq olduğu üçün, və 3 tərəfdən dənizlərlə əhatələndiyi üçün, yaz və payız aylarında mülayim havası olmaqla yanaşı, yazda çəhrayı "벚꽃 [botkkot]", yəni albalı çiçəkləri, payızda isə Ginkgo ağacının qızılı çiçəkləri insanı valeh edir. Amma hər gözəlin qüsuru olduğu kimi, Koreyanın da qüsuru Yay və Qış fəsilləridir ki, bu fəsillər əksərən sərt və rütubətli olur.

6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Mən deyərdim ki, Koreya xüsusilə bakalavr səviyyəsində təhsil almaq üçün əla seçimdir. Ölkədə çox yüksək səviyyədə təhlükəsizlik var. Bundan əlavə, yaşam xərci digərləri ilə müqayisədə kifayət qədər aşağıdır. Amma Koreya çox rəqabətcil bir yerdir. Burada təhsilin istənilən səviyyəsində olan yüksək rəqabəti nəzərdə saxlamaq lazımdır. İstər elmi araşdırmanın, istərsə də dərslərin tələblərini yerinə yetirmək üçün bəzən günlərlə yuxusuz qalmaq məcburiyyətində oluruq. Məsələn bəzi həftələrdə, günlük ortalama 2-3 saat yuxu ilə kifayətlənirik. Bəzi hallarda isə ümumiyyətlə yatmağa vaxt olmadığı üçün 30-40 saat oyaq qalınan günlər olub. Bundan əlavə əvvəlki suallarda vurğuladığım kimi Koreyada ciddi dil bariyeri var. Əksər yerlilər və tələbələr ingilis dilini ya bilmir, ya da istifadədən yayınır. Ona görə də, Koreyaya gəlməzdən əvvəl təməl səviyyədə belə olsa müəyyən dərəcədə dili öyrənmək məqsədə uyğun olardı. Xülasə etsəm, ciddi akademik rəqabət şəraitində "sağ qalacağınıza" əminsinizsə, Koreya əla yerdir.

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube