Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

September 23, 2023

Türkiyədə Beynəlxalq Diş Həkimliyi üzrə Təhsil / Sağlık Bilimleri Universiteti

Seriyamızın 57-ci günündə Türkiyənin İstanbul şəhərində tələbəmiz İlahə ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən İlahə Orucova. 20 yaşım var. Sağlık Bilimleri Üniversitesində Uluslararası Diş Həkimliyi ixtisası üzrə 3-cü kurs tələbəsiyəm.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?

Universitetə 1500 SAT və giriş müsahibəsindən 85 bal ilə qəbul olmuşam. İllik təhsil haqqı təqribən 30000 tldir.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

SBÜ Türkiyənin ilk tibb univeristetidir və təhsil səviyyəsi ən yüksək olan universitetlərdən biridir. Akademik heyətin araşdırma nailiyyətlərinə görə də SBÜ hər il fərqli beynəlxalq sıralamalarda yüksək yer tutur. İstanbulda 28 təhsil və araşdırma xəstəxanası ilə əməkdaşlıqları olduğu üçün tələbəlik zamanı staj və məzun olduqdan sonra da geniş iş imkanlarına sahibdir. Bizim 2-ci və 3-cü kurslarda nəzəri dərslərlə yanaşı yüksək təchizatlı laboratoriyalarda praktiki/preklinik dərslərmiz olur. 4 və 5-ci kursda klinik dərslərimiz başlayır.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Univeristetdə 30-a yaxın klub mövcuddur və bu klublar seminar, tədbir, gəzintilər və s. təşkil edir. Mən də bir neçə klubun üzvü olaraq bəzi tədbirlərin keçirilməsində dəstək oluram.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

İstanbul keçmişlə bu günün bir yerdə yaşanıldığı şəhərdir. Həm tarixi abidələr çoxdur, həm də çox müasirdir. Buna görə hər gün etməyə fərqli şeylər tapmaq olur. Şəhər çox canlı olduğu üçün hər gün əvvəlkindən daha maraqlı və zəngin keçir.

6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Xaricdə təhsil almaq istəyən tələbələrə məsləhətim odur ki, cəsarətli olub risk almağı bacarsınlar. Universitet periodu həyatınızın ən rəngarəng dönəmidir, bu fərqli ölkədə yaşamaqla birləşəndə müxtəlif təcrübələr və unudulmaz xatirələrlə nəticələnir. Öz ayaqlarının üstündə durmağı öyrənirsən; məncə bundan daha yaxşı səbəb ola bilməz.

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube