Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

June 25, 2023

Türkiyədə Elektronika və Kommunikasiya üzrə Təhsil / İstanbul Texniki Universiteti (İTÜ)

Seriyamızın 53-cü günündə Türkiyənin İstanbul şəhərində tələbəmiz Cavad ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Salam. Mən Cavad İbrahimli. Hazırda İstanbul şəhərində yerləşən İstanbul Texniki Universitetində (İTÜ) Elektronika və Kommunikasiya ixtisası üzrə təhsil alıram. Bu dönəm ikinci kursu bitirirəm.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?

1410 SAT nəticəsi ilə qəbul olmuşam. İllik təhsil haqqı ekonomik vəziyyətə görə hər il dəyişir. Hal hazırda 12.000 TL-dir (yeni daxil olan tələbələr üçün 30.000 TL). Yaşam xərcinə gəldikdə isə, yataqxanada qalıram (485 TL). Bu il qiymətində artım olacaq. Kampüs İçi və ətrafı ərazilərdə olan məntəqələrdə qiymətlər olduqca ucuzdur. İTÜ-də tələbə olmanın verdiyi bəzi əlavə üstünlüklər sayəsində bəzi kafe və restoranlar 30-40% endirim edirlər. Yeməkxanada səhər (15 TL), günorta (5 TL) və axşam (10 TL) yeməyi verilir.

Universitetdə təhsil yaxşıdır. Dünyanın ən yaxşı universitetlərində təhsil almış professorlar tərəfindən dərslər keçilir. Mənim diqqətimi çəkən əsas nüans isə universitetin digər universitetlərə görə çox daha çətin olmasıdır. 200 nəfər üçün açılan sinifdə 185 nəfərin dərsdən qaldığı olur. "Universitetə qəbul sonra rahatlayaram" fikrinin tam əksidir. Hər dərsin bir sonrakı dərsi zəncir şekilde bağladığı bir sistem olduğundan bir dərsdən bir dəfə qalarsanız və sonra almazsanız universitetiniz uzanır. Türkiyənin elmi araşdırmalara ən çok töhvə verən universitetidir. Startup ideyanız və ya proyektiniz varsa rahat şəkildə bu proyekt üçün maddi vəsait toplaya bilərsiniz.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Universitetin digər türk universitetleri və bəzi top universitetlerden əsas üstünlüyü klub və komandalarıdır. 200-ə yaxın tələbə klubu var, bundan əlavə professional şəkildə yarışlara qatılan komandaları da var. Mən hal hazırda onlardan ən yaşlısı olan İTU Günəş Maşını komandasında avtomatlaşdırılmış sistemlər bölümündə çalışıram. Həftəlik 25 saat sərf etməmiz gərəkən komanda artıq 20 ilə yaxındır ki günəş maşını hazırlayan tələbələr tərəfindən idarə edilir. Bu il oktyabr ayında MIT, Standford kimi universitetlərin qatıldığı Avstraliyada keçiriləcək Dünya Günəş maşını çempionatına qatılacağıq. Bundan əvvəlki illər də qatıldıq. Belçikada keçirilən Avropa çempionatında üçüncülük əldə etdik. Bundan əlavə olaraq zövqə görə maraqlı hobbilərə aid klublar da mövcuddur (qılıncoynatma, xizək, paintball və s.).

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Olduğum şəhər dünyanın ən gözəl və maraqlı şəhərlərindən biridir. Gəzmək üçün, araşdırmaq üçün ideal yerdir. Vaxt tapdıqca gəzməyə çalışıram bu şəhəri. Hər dəfə yeni bir yeri kəşf edirəm. Bütün mədəniyyətlərə aid bir şeyler tapmaq mümkündür.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

ODTÜ, İTÜ kimi Türk universitetlərində təhsil almaq istəyən tələbələr üçün əsas deyəcəyim şey mütəmadi şəkildə hər dərsi həftə həftə, gün be gün hazırlamaqdır. Çünki bakalavr imtahanların çətinlik səviyyəsi digər Avropa və Amerika universitetlərinin bir çoxundan daha ağırdır. Nəticə olaraq isə bu çətinlik həyatın irəlidəki periodunda asanlıqlar yaradacaq. Doğru təhsili doğru araşdırma ilə birləşdirib əla nəticələr əldə etmək mümkündür.

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube