Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

June 22, 2023

Türkiyədə İqtisadiyyat üzrə Təhsil / İzmir Dokuz Eylül Universiteti

Seriyamızın 51-ci günündə Türkiyənin İzmir şəhərində tələbəmiz Əliyusif ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Əliyusif Quliyev. İzmir Dokuz Eylül Universitetində iqtisadiyyat üzrə 1-ci kursda oxuyuram.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

Universitetə 1470 SAT və 93 TOEFL ilə qəbul olmuşam. Təhsilim ödənişlidir: 6500 TL. Yaşam xərci isə aylıq 4000-5000 TL- dir.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Universitetimizdə dərslər maraqlıdır. Əzbərləmək yerinə tətbiqi üsullarla dərslər öyrədilir. Günlük ən çox 2 fərqli dərs olur, bu da dərslərə yorulmadan daha çox diqqət yetirməyimizə kömək edir. Bəzən imtahanlar qrup şəklində layihə olaraq verilir. Bu yolla öyrəndiklərimiz daha yaxşı yadda qalır. Online sistemdə də dərslər çox yaxşı keçirilir. Müəllimlər və tələbələr dərslərə məsuliyyətlə yanaşırlar.

4) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

İzmir şəhəri gəzməli və görməli yerləri ilə məşhur olan bir şəhərdir. Xüsusilə də şəhərin tarixi yerləri mənim çox xoşuma gəlir. Şəhərdə tələbələr üçün çoxlu güzəştlər edilir. Nəqliyyat vasitələrindən teatr və sinemalara qədər birçox yerdə tələbələrə endirimlər edilir.

5) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Xaricdə təhsil almaq istəyən tələbələrə tövsiyəm odur ki, dərslərdən əlavə sosial və elmi fəaliyyətlərdə aktiv olsunlar, xüsusilə də 10-11 ci siniflərdə fənn müsabiqələrinə və yarışlara qatılıb sertifikatlar əldə etsinlər. Bunlar həm qabaqcıl universitetlərə qəbul olma və həm də təqaüd qazanma şansını xeyli artırır.

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube