Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

June 20, 2023

Türkiyədə Beynəlxalq Əlaqələr üzrə Təhsil / Ankara Universiteti

Seriyamızın 50-ci günündə Türkiyənin Ankara şəhərində tələbəmiz Leyla ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Leyla Hüseynova, 20 yaşım var. Ankara Universitetinin Siyasi Elmlər fakültəsində Beynəlxalq Əlaqələr ixtisası üzrə 3-cü kursda oxuyuram. Hal-hazırda Erasmus Proqramı ilə İtaliyanın Della Calabria Universitetində bir semestrlik təhsilimi davam etdirirəm.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?

1290 SAT balı ilə universitetə qəbul olmuşdum, bundan əlavə DİM imtahanında 595 balım var idi. Təhsilim ödənişlidir, illik 12000 TL ödəyirəm. Sadəcə bu semestr Erasmus Proqramı ilə Avropadakı xərclərimin qarşılanması üçün universitetdən 3000 avro təqaüd aldım.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Universitetdəki təhsildən çox razıyam. Mülkiye öz sahəsində tanınmış bir məktəbdir, maraq dairəmizə uyğun demək olar ki hər şansı əldə edə bilirik. Konfranslarda iştirak edirik, tanınmış siyasi şəxslərlə tanış olub ünsiyyət qura bilirik. Professorlarımız da hər an hər sualımızı cavablandırmağa hazırdırlar, çətinliyimiz olanda bizə kömək etməkdən çəkinmirlər. Bundan əlavə deyə bilərdim ki, verilən təhsil həqiqətən əvəzolunmazdır. İndi İtaliyada aldığım dərslərdə dil baxımından çətinlik çəksəm də, dərslər çox asan gəlir, çünki mən bu dərsləri artıqlaması ilə Mülkiyedə almışam.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Təhsildən əlavə Mülkiyedə olduqca əyləndiyimi deyəbilərəm. Demək olar ki, boş günümüz olmur. Festivallar, bayramlar, gəzintilər, əyləncələr… Hər il may ayında qeyd edilən fakültənin xüsusi festivalı İnek Bayramının mənim üçün ayrı yeri var. Tələbə klubları və onların fəaliyyətləri tamamilə başqa bir təcrübədir, hamısının öz proqramı var və klubların sizə nələr qata biləcəyi təsəvvür edilməzdir.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Məncə Ankara sakit şəhərdir. Havası soyuqdur, buna görə dözmək bəzən çətin olur. Hər şeydən əvvəl Atatürkün mavzoleyi Anıtkabir də, Məmməd Əmin Rəsulzadənin məzarı da burada yerləşir. İkisinə də ildə bir neçə dəfə baş çəkməyi özümə borc bilirəm. Bundan əlavə maraqlı muzeylər, parklar da var.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Ümumiyyətlə xaricdə yaşamağın öz çətinliyi olduğunu unutmamalıdırlar, lakin bu onları qorxutmasın. Yavaş-yavaş yeni bir yerə öyrəşmək, tək də olsa öz həyatını qurmaq əslində çox maraqlıdır. İkincisi, Türkiyə kimi mədəniyyəti bizə çox yaxın bir ölkədə də olsan, öz yeməklərindən ötrü darıxmaq qaçınılmazdır. Yeni tələbələrə həmişə evdən ötrü darıxmağa hazır olun deyərdim. Amma nə olursa olsun xaricdə təhsil almağın ləzzəti başqadır, yeni bir çevrə qurursan, yeni mədəniyyətlər kəşf edirsən və təhsili müqayisə etmək şansın olur. Ən son tövsiyəm isə, universitetdəki sosyal fəaliyətlərdən kənar qalmamaqdır, belə fəaliyyətlər sizə təsəvvür edəcəyinizdən daha çox şey qatacaq.

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube