Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

June 05, 2023

Türkiyədə İnşaat Mühəndisliyi üzrə Təhsil / Orta Doğu Teknik Universiteti

Seriyamızın 44-cü günündə Türkiyənin Ankara şəhərində tələbəmiz Emin ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Emin Məmmədov, hazırda Orta Doğu Teknik Üniversitesində İnşaat Mühəndisliyi üzrə 3-cü kurs tələbəsiyəm.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

Nəticələrim 1400 SAT və 85 TOEFL idi. Həmçinin SAT Subject Math üzrə 800 yığmışdım.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

ODTÜ-də təhsil olduqca keyfiyyətlidir. Dərslər xaricində laboratoriyaların sayı olduqca çoxdur və fərqli sahələri əhatə edir. İnşaat Mühəndisliyi üçün 7 bina mövcuddur (K1-K7). Akademik heyət peşəkardır və çoxu Amerikada öz PhD dərəcələrini almışdır. Əgər araşdırma etmək niyyətindəsinizsə bu çox rahat olacaq, çünki ODTÜ-nün kitabxanası bir çox məqalələri ve kitabları əhatə edir.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Burada çox sayda sosial klublar var. Bunlar həm karyera, həm də əyləncə məqsədli ola bilər və beləliklə siz öz sevdiyiniz bir fəaliyyətlə ilə məşğul olabilərsiniz.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Ankara çox sakit bir şəhərdir, açığı çox turistik bir şəhər deyil. Amma kampüs-də olmaq mənə kifayət edir.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Bunu qətiyyətlə demək istəyirəm ki, universitet seçimi qədər ixtisas seçiminə diqqət etsinlər, əks halda uğurlu olmaq çətindir. Gənclərə sadəcə demək istəyirəm ki, xəyalınızda olan bir sahəni seçin və ondan sonra keyfiyyətli universiteti seçin. Mən seçdiyim fakültəni uzun zaman öncədən qərar vermişdim və buna görə yorulmadan çalışıram. Baxmayaraq ki burada təhsil almaq çox iradə və zəhmət tələb edir, ODTÜ tələbələri çox gözəl akademik bacarıqlarla təmin edir. Gənclərə təhsil həyatında uğurlar arzu edirəm və ümid edirəm bu bilgilər onlar üçün faydalı olar.

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube