Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

May 31, 2023

Cənubi Koreyada Computer Science üzrə Təhsil / KAIST Universiteti

Seriyamızın 42-ci günündə Cənubi Koreyanın Daejon şəhərində tələbəmiz Xədicə ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Salam, mənim adım Rəcəbova Xədicədir, hal-hazırda KAIST-də təhsil alıram.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

Universitetə 1520 SAT, 114 TOEFL və 800 SAT Subject Math 2 nəticələri ilə qəbul olmuşdum.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Məncə KAIST-də təhsil almaq bir qədər çətindir, çünki çoxlu istedadlı tələbələrlə əhatə olunmuşuq. Lakin bu təhsil araşdırma, laboratoriyalar, akademik semimarlar və s. çoxlu təhsil imkanları yaradır.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Sosial fəaliyyətlər cəhətdən KAIST-in yaxşı olduğunu düşünürəm. Universitet administrasiyası çoxlu festival və tədbirlər təşkil edir, hansı ki bizi bir qədər dərs yükündən uzaqlaşdırır. Klublar isə bir qədər problematik ola bilər, çünki əksəriyyəti Koreya dilində fəaliyyət göstərir. Baxmayaraq, yenə də ingilis dilində klublar tapmaq və yaxud öz klubunu yaratmaq mümkündür.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Mən Daejon şəhərində yaşayıram. Ümumi olaraq ölkə ilə bağlı təəssüratlarım pozitivdir, çünki təhlükəsizlik, infrastruktur, inkişaf yüksək səviyyədədir. Koreyalılar da xaricdən gələnlərə qarşı mehriban olur, amma bəzən dil bariyeri problem yarada bilir. Bundan əlavə, Daejon da yaxşı şəhərdir, xüsusən tələbələr üçün. Həm sakitdir, həm də qiymətlər paytaxta nisbətən aşağıdır.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Ən birincisi, araşdırma edib sizin gələcək planlarınıza uyğun bir universitet seçmək lazımdır. Araşdırma dedikdə təkcə akademik deyil, həm də sosial mənada nəzərdə tuturam. Universitetlərdə təhsil alan tələbələrdən bu barədə daha dərindən öyrənmək olar. Sənəd verdikdə imtahan nəticələri, uğurlar və dərsdənkənar fəaliyyətlər kimi göstərə biləcəyiniz şeylərin olması yaxşıdır, lakin sizdə bunların hamısı yoxdursa (hansı ki, mənim halımda belə idi) esselərdə öz pozitiv xüsusiyyətlərinizi və yaxşı bacardığınız şeyləri göstərməyə çalışın. Əgər spesifik olaraq KAIST-ə gəlmək istəyirsinizsə Koreya dili öyrənmək həyatınızı asanlaşdıracaq. Həmçinin riyaziyyat bildiyiniz üstündə işləmək də yaxşıdır, xüsusilə kalkulus.

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube