Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

May 29, 2023

Macarıstanda Kompüter Elmləri üzrə Təhsil / Eötvös Loránd Universiteti (ELTE)

Seriyamızın 40-cı günündə Macarıstanın Budapeşt şəhərində tələbəmiz Cavad ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Cavad Vəlibəyov, 18 yaşım var. Macarıstanın Eötvös Loránd universitetində (ELTE) kompüter elmləri ixtisası üzrə təhsil alıram. Hazırda 1-ci kurs tələbəsiyəm.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyələşdirirsiniz?

1310 SAT, 6.0 IELTS və universitetin daxili imtahanı (riyaziyyat, ingilis dili, müsahibə) ilə qəbul olmuşam. Öz hesabıma təhsil alıram və illik təhsil haqqı 6000€-dur. Əlavə yaşam xərci isə ortalama 500-600€ təşkil edir.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

ELTE universiteti Macarıstanın ən qədim və ən böyük universitetidir. Univertsitetdə ən məşhur ixtisaslardan biri kompüter elmləridir və düşünürəm ki, bunun səbəbi dünyada texnologiyanın bu qədər geniş yayılmasıdır. Bu da insanların bu ixtisasa marağını artırmasına səbəb olur. Bakalavr səviyyəsi 6 semestr davam edir və proqramlaşdırma dilləri, məlumat strukturları, proqramlaşdırma metodologiyası, əməliyyat sistemləri və kompilyatorlar daxil olmaqla geniş bilik sahəsini əhatə edir. Dərs planı və təqdim olunan material tələbələrin ən effektiv şəkildə qavraya və anlamasına nail olmaq üçün tənzimlənir. Həmçinin tələbələr bir sıra akademik fəaliyyətlərlə təmin edilir, bu da tələbələrə geniş perspektiv və fərdi inkişaf imkanı verir.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

ELTE Universiteti elmi tədqiqatlarla yanaşı, mədəniyyət və incəsənət fəaliyyətlərinə də önəm verir. Odur ki, bir sıra sosial fəaliyyətlər mövcuddur. Demək olar ki, tələbələr üçün hər yerdə endirim var. İdman zalı, muzey, sərgilər və s. bəzi tədbirlər tələbələr üçün pulsuz olur. Bu cür tədbirlər tələbələr üçün tez-tez təşkil olunur.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Budapeşt şəhərini Duna çayı iki yerə bölür: Pest və Buda. Pest daha çox şəhərin mərkəzini, Buda isə dağlıq ərazilərin əhatə edir. Budapeşt tarixi arxitekturası ilə məşhur olduğu üçün turistləri özünə cəlb edir. Budapeştdə tələbələr üçün müxtəlif sahələrdə şanslar çoxdur. Avropa təhsilinin keyfiyyəti və gənclərə vərilən dəstək Avropada oxumaq istəyini daha da artırır. Düşünürəm ki, Macarıstanda yaşamağa və təhsil almağa dəyər.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Xaricdə təhsil almaq istəyən tələbələrə öz maraqlarını, planlarını və məqsədlərini mümkün qədər tez müəyyənləşdirməyi tövsiyə edirəm. Erkən yaşlarından ingilis dilini öyrənmək onlara məqsədlərinə çatmağa kömək edə bilər. Çünki bəzən ingilis dili səviyyəsi aşağı olanda son 1-2 ildə beynəlxalq imtahanlara hazırlaşmaq çətinləşə və ya gözlənilən uğuru əldə etmək mümkün olmaya bilər. IT mütəxəssisi olmaq maraqlı, bir o qədər çətindir. Çünki daima araşdırmalısınız, amma axtardığınız hər şeyi internetdən əldə edə bilərsiniz. Sevdiyiniz ixtisası oxuyun və bunu zövq alaraq edin. Mən bacardım, siz də bacara bilərsiniz💙

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube