Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

May 27, 2023

Şirkətimizin rəhbəri Rüfət Hüseynzadənin Fraza Jurnalına müsahibəsi - Part 1

"O uğurlu insanların çox da uzaqda olduğunu yox, bizim aramızda olduğunu göstərmək istəmişəm"- Rüfət Hüseynzadə

Aygün Zayıdova: Bəzən hər şey bizim düşündüyümüz, xəyalını qurduğumuz kimi olmur. Ani bir dəyişikliklə arzusunda olduğumuz şeylə vidalaşırıq. Bununla da uğur yolunda hər şeyin sonuna gəldiyimizi düşünürük. Məyus oluruq, depressiya keçiririk, özümüzün və ətrafımızın bilərək və ya bilməyərək inciməsinə səbəb oluruq. Amma əslində qarşıda bizi nə gözləyir, bax onu görə bilmirik. Bəlkə də, uğurumuz olacağını zənn etdiyimiz o arzunun olmaması elə əsl uğura gedən yolumuzun qapısını açır. Həmsöhbətimiz Rüfət Hüseynzadənin həyatında olduğu kimi. "ROOF Academic Training"in təsisçisi, icraçı direktoru, təhsil konsultantı Rüfət Hüseynzadə İELTS və xaricdə təhsil sahəsində kifayət qədər tanınmış insandır. Elə isə söhbətimizə başlayaq.

-Sizin üçün uğur hekayəsi nədir?

- Məncə uğur hekayəsi qarşıya qoyulan məqsədə nail olmaqdır.

-Sizin sahənizdə uğurlu olmağın kriteriyaları nələrdir?

- Düşünürəm ki, dünyada təhsil trendləri çox sürətlə dəyişir və buna görə də, bizim sahədə uğurlu olmaq üçün əsas yollarından biri davamlı yenilənməkdir. Mütəmadi öyrənmək, "lifelong learning" (ömür boyu öyrənmək) və davamlı öyrənmək əsasdır. Prosesin bütün aspektlərini nəzərə almaq lazımdır. Bu prosesdə bütün tərəfləri nəzərə almaq da ( istər mən olum, istər komanda yoldaşlarım, istər tələbələrimiz, istərsə də onların ailələri) məsələnin digər tərəfidir. Qığılcımlarla yüksək nəticələrə nail olmaq olmaz, bunu sistematik və davamlı öyrənməklə və tətbiq etməklə öz həyatınıza əks etməlisiniz. Və bu bizim komandada yaxşı alınır. Yüksək nəticələri təsadüfi şəxslərlə yox, fərqli təhsil təcrübəsi olan, özünü davamlı olaraq inkişaf etdirən insanlarla əldə etmək olar.

- Bayaq da qeyd etdiniz ki, magistr təhsili alırsınız. Təhsilin idarə olunmasında əsas hədəfiniz nədir?

- Elə xüsusi bir hədəfim yoxdur. Əgər soruşsaydınız ki, 2017-ci ildən indiyə kimi gəldiyiniz nöqtəni görürdünüzmü? Düzü, cavab verərdim ki, görmürdüm. Mən, sadəcə olaraq, həmişə daha yaxşı olmağa, həm özüm, həm də komanda yoldaşlarım üçün həmişə daha yüksək standartlar qoymağa çalışdım. İndi gələ biləcəyimiz zirvə nöqtələrdən biri də ölkəmizdən kənar bir neçə ölkədə də (xüsusilə də, MDB və ya Yaxın Şərq ölkələrində) xidmət göstərməkdir. Ölkəmizin regionlarında olan gənclərə və ailəıərinə xidmət göstərə bilmək, onlar üçün keyfiyyətli təhsili əlçatan edə bilmək isə işin digər vacib tərəfidir. Bir də məni bu məsələlərdə ən çox ilhamlandıran ölkəmizdən daha çox gəncin dünyanın TOP 10, TOP 50, TOP 100 universitetlərinə qəbul olmasıdır.

-Siz həm də xaricdə təhsil üzrə mütəxəssissiniz. Sizcə, xaricə gedən tələbələrimiz geri qayıtmalıdırmı, ya elə orada davam etsələr, daha yaxşıdır?

- Biz həmişə istər gənclərlə, istərsə də ailələrlə görüşəndə ilk növbədə onların son hədəfinin nə olduğunu soruşuruq. Burada bir qrup insan var ki , təhsil alıb geri qayıdıb ölkəmizdə iş həyatına davam etmək istəyir. Bir qrup insan var ki, gedib orada təhsil ala-ala iş həyatına daxil olmaq istəyir. Bir qrup da var ki, öz qərarlarında qeyri-müəyyəndirlər. Mənim əksərən təhsildən sonra ölkəyə qayıtmaq istəyən insanlara məsləhətim odur ki, o zaman dilimindən səmərəli istifadə etsinlər. Əgər getdikləri yer Amerika və ya Avropadırsa, bir neçə il orada qalıb iş həyatına başlasınlar. Qayıdacaqlarsa, ölkəmizə mütəxəssis kimi qayıtsınlar. Çünki aldıqları bilikləri yerində tətbiq edib, cilalayıb sonra ölkəmizə qayıtsalar, bu proses daha effektiv olar. Ümumi perspektivdə baxanda gənclərimizin həm ölkəmizə qayıdaraq, həm də xaricdə qalaraq diaspor vasitəsilə çox faydalı ola biləcəklərini düşünürəm. Ola bilsin ki , hər hansı bir ölkədə yaşayan bir həmyerlimiz Azərbaycan üçün Bakıda olan bir həmyerlimizdən daha faydalı olsun. Burada mən fiziki sərhədlərin və ya fiziki məkanların çox da əsas olmadığına inanıram.

ROOF Web Academy

New level of interactive and gameficated education

Roof Academy platformTOP Universities
Roof Academy platform

What students tell about us?

Honest opinion of educated students

See all students
Student

The high quality of education at ROOF Academic Training is easily manifested as the results of many students. The role of this team in my success, too, is undeniable. But what makes this place different compared to other institutions, to me, is the relationship with the people. There is a kind and sincere envinronment inside and outside the classroom, and this makes ROOF Academic Training very valuable to me, like a real family.

Salman Huseynov 🇺🇸

See all students
Company logo

Ready to get started?

TOP Universities

About us

Who we areOur social lifeTeamCareerOur partners
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube