Ready to get started?
TOP UniversitiesMay 23, 2023
Seriyamızın 36-ci günündə Belçikanın Brüssel şəhərində tələbəmiz Nuray ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Nuray Cəfərova, 18 yaşım var. Belçikanın Brüssel şəhərində KU Leuven universitetining Biznes və Ekonomiya fakültəsində Biznes Mühəndisliyi üzrə təhsil alıram.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Universitetdə xərcləriniz necə maliyələşdirilir?
1400 SAT və 8.0 IELTS nəticələri ilə qəbul olmuşdum və ödənişli təhsil alıram. Təhsil haqqı illik 2000 avro, yaşam xərcləri isə təxminən aylıq 600 avro təşkil edir.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
KU Leuven araşdırma əsaslı universitetdir. Hər zaman aktiv və sistemli çalışmağa yönümlü təhsil sistemi var. Tələbələrin sərbəst şəkildə özlərini inkişaf ettirmələrinə yol açacaq bir çox fəaliyyət və klublara yiyəlik edir. Uğurlu olmaq üçün çalışqanlıq və məsuliyyət çox önəmlidir.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Sosial cəhətdən tələbələr çox aktivdir. Hər ay universitetin vebsaytı və e-maili üzərindən tələbələr bir çox dərsdənkənar proqramlar, intern imkanları, hackathon-lar və gəzintilər barədə məlumatlandırılır. Əsasən bu fəaliyyətlər ya ödənişsiz ya da çox aşağı qiymətə olur.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Brüssel kosmopolitan və canlı bir şəhərdir. İlk dəfə buraya gəldikdə fərqli mədəniyyətlərin bir arada olması diqqətimi çəkmişdi. Sənayedən şəhəri olmaqdan əlavə Brüsseldə həm də çoxlu gözəl təbiəti olan sakit yerlər var. Ölkə və şəhər daxilində transport çox rahatdır. Brüssel ətrafındakı şəhərlər daha yaşıldır, həmçinin bu şəhərlər arasında Leuven və Ghent kimi tələbə şəhərləri də var.
6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Tövsiyəm bura gəlmədən yaxşı riyaziyyat öyrənmək olardı. Mümkünsə, az da olsa Fransız dili də öyrənmək yaxşı olar. Ən əsası isə yağış paltosu və çəkmələri gətirin, çünki bura çox yağışlıdır 😊