Ready to get started?
TOP UniversitiesMay 20, 2023
Seriyamızın 34-cü günündə Türkiyənin İstanbul şəhərində tələbəmiz Leyla ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Leyla Əsədova. İstanbulda, Medipol Universitetində beynəlxalq tibb fakültəsində 1-ci kurs tələbəsiyəm.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?
Universitetə 1300 SAT, 6.5 IELTS nəticələri ilə qəbul olmuşam.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Hər nə qədər digər universitetlərə nisbətən çətin olsa da, dərs proqramımızın tələbələrin gələcəyi üçün çox yaxşı olduğunu düşünürəm. Professorlar yüksək reputasiyaya sahib müəllimlərdir. Eyni zamanda beynəlxalq tibb fakültəsində olduğum üçün, buradakı professorlar ya xaricdən gəlmiş, ya da təhsilini dünyanın top universitetlərində alıblar. Dərs keyfiyyəti çox yaxşıdır, belə professorlar ilə akademik fəaliyyətlərlə məşğul olmaq isə əvəzolunmazdır.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Universitet kampusu tam hazır deyil, lakin burada çoxlu klublar var. Bu və beynəlxalq ofisin hazırladığı sosial fəaliyyətlər nəticəsində həm yerli, həm də xarici tələbələrlə tanış olmaq asan olur. Əlavə olaraq, İstanbulda tələbə olmağın özü də sosial həyat üçün çox yaxşıdır.