Ready to get started?
TOP UniversitiesMay 17, 2023
Seriyamızın 31-ci günündə Çexiyada tələbəmiz Rüfət ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Adım, Rüfət İsmayılovdur. 17 yaşım var. ADA məktəbinin məzunuyam. Hal-hazırda Çexiyanın paytaxtı, Praqa şəhərində Czech Technical University-də Computer Science ixtisasında Bakalavr təhsili alıram. 1-ci kurs tələbəsiyəm.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?
Universitetə 7.0 IELTS, 1300 SAT və 3.45 GPA (High School) göstəriciləri ilə daxil olmuşam.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Universitetdəki təhsillə bağlı ən çox bəyəndiyim hissə dərslərin maraqlı və innovativ olması və dərslərin tələbə yönümlü olmasıdır. Dərs sisteminə mühazirələr, praktiki işlər və laboratoryilar daxildir. Mənim təhsil aldığım ixtisas əsasən riyaziyyat və proqramlaşdırmadan bəhz edir. Çətin olmasına baxmayaraq, təhsil yüksək səviyyədə və peşəkarlar tərəfindən tədris olunur.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Hər akademik ildə ən azı iki dəfə universitetdə CoFIT adlı iş yarmarkası keçirilir. Burada Çexiyada yerləşən yerli və xarici şirkətlər gəlib tələbər üçün müxtəlif iş imklanları təklif edir. Bundan əlavə universitetin tərkibində hər bir tələbənin maraqlarına uyğun klublar mövcuddur. Universitetdən kənar isə tələbə həyatı Praqada çox maraqlı keçir.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Çexiya və onun paytaxtı Praqa Avropanın digər şəhərlərindən çox fərqlənir. Şəhərin qədim tarixi və mədəni irsi insanı valeh edir. Bundan əlavə olaraq, insanların qonaq-pərvərliyi və şəhərə olan qayğısı çox təqdirə layiqdir. Praqa tək öz qeyri-adi gözəlliyi ilə yox, verdiyi imkanlar ilə də digər şəhərlərdən fərqlənir. Məhz bu cəhətlərinə görə də, Praqa şəhəri həmçinin "The Mother of Cities" və "The Heart of Europe" adları ilə də tanınır.
6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
İlk öncə, xaricdə təhsil almaq istəyən və planlayan hər bir tələbəyə bol şans və uğurlar arzulayıram. Xaricdə təhsil almaq istəyən tələbələrə əsas məsləhətim məktəb illərində fəal olmaları, mümkün qədər yarışmalara, sosial fəaliyyətlərə qatılmaları, və özlərini hərtərəfli inkişaf etdirməkdir. Bundan əlavə isə, dəqiqləşdirdikdən sonra, gələcəyiniz ölkə, mədəniyyəti, yeni mühit haqqında öyrənməniz mənim fikrimcə, adaptasiya prosesində sizə böyük bir kömək olacaq.