Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

May 16, 2023

Belçikada “Political Sciene: International and European Governance” üzrə Magistr Təhsili / Vrije Universiteti

Seriyamızın 30-cu günündə Belçikanın Brüssel şəhərində tələbəmiz Nərgiz ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Nərgiz Mustafazadə, 21 yaşım var. Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasının 2022-ci il məzunuyam. Hal-hazırda Belçikada Vrije Universiteit Brussel-də “Political Sciene: International and European Governance” üzrə magistr təhsili alıram.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

Universitetə 83.3 GPA və 7.5 IELTS göstəriciləri ilə daxil olmuşam və hazırda ödənişli təhsil alıram. Təhsil qeyri-Aropa vətəndaşı tələbələr üçün bu ixtisasda 3900 euro təşkil edir və viza alarkən də hesabınızda 12350 euro olmalıdır, hansı ki hər ay universitet tərəfindən sizə yaşam xərclərinizi qarşılamaq üçün 950 euro olaraq ödənilir. Bu miqdar isə , fikrimcə, əgər həftədə bir neçə dəfə çöldə yeməyə üstünlük verir (və ya hər hansı bir səbəbə görə evdə yemək bişirə bilmirsizsə), dostlarınızla tez-tez əyləncəyə gedir və ya yaxın yerlərə səyahət etmək istəyirsinizsə heç də kifayət deyil. Təəccüblü deyil ki, Belçika Avropanın ən bahalı ölkələrindən biri hesab olunur.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Belçikadakı universitetlərin əksəriyyəti daha çox araşdırma əsaslıdır. Azərbaycandakı sistemdən fərqli olaraq professorlar dərs üçün lazım olan materialların hamsını təmin etmir, bizə kömək ola biləcək platformalar haqqında məlumat verir və biz özümüz araşdırıb informasiya toplayırıq. Professorlarımızın hamısı müxtəlif Avropa İnstitutlarında çalışır, hansı ki Brüsselin Avropanın siyasi paytaxtı olmasının üstünlüyüdür. Bunun yeganə mənfi tərəfi odur ki, müxtəlif ölkələrdən minlərlə gənc Brüsselə təcrübə proqramı və ya iş tapmaq üçün gəlir və bu da rəqabəti artırır. Yəni siz həm yerli Belçikalılar (əksəriyyəti ən azı 3 dildə səlis danışır), həm də Avropanın digər vətəndaşları, o cümlədən qeyri-Avropalılarla yarışmalı olursuz.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Belçikanın beynəlxalq mühitə sahib olması universitet həyatında da özünü göstərir. Avropa ölkələrindən əlavə, qrupda və univetsitet daxilində həm Asiya, həm də Afrika ölkələrindən çox sayda tələbələrin olması müxtəlif millətlərlə ünsiyyətdə olmaq imkanı yaradır. Bu tələbələr isə müxtəlif maraqlar üzrə universitet daxili klublarda və birliklərdə toplanaraq fərqli sosial fəaliyyətlər təşkil edirlər. Demək olar ki, hər gün universitet kampusunda gəzərkən stend ətrafında əyləncəli və maraqlı fəaliyyətlərin və ya elanların olduğunu görmək mümkündür.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Avropa İnstitutlarının bir çoxunun, o cümlədən NATO-nun binaları Brüsseldə yerləşdiyini nəzərə alsaq Brüssel siyasətə marağı olan biri üçün əsl cənnətdir. Ölkə fransız və holland cəmiyyətinin birləşdirdiyi üçün, şəhərdə də Paris və Amsterdam enerjisinin vəhdətini hiss etmək mümkündür. Bundan əlavə Brüssel miqrant axının ən çox olduğu şəhərlərdən biridir və bu səbəbdən dünyanın bütün millətlərindən olan insanlarla ünsiyyət imkanı yaranır. Balaca ölkə olması və nəqliyyatın yaxşı təşkil olunması, həmçinin uyğun qiymətli olması ölkədaxili digər turistik şəhərlərə maximum 45 dəqiqə içərisində çatmağı mümkün edir ki, bu da həftə sonlarınız üçün maraqlı ola bilər. Şokolad, şirniyyat, pivə və animasiya həvəskarları üçün də Brüssel cənnət hesab olunur.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

İlk öncə bu tələbələrə uğurlar arzu edirəm və həm universitet, həm də ixtisas seçimində mümkün qədər çox araşdırdıqdan sonra seçim etmələrinin düzgün olduğunu fikirləşirəm. Universitet illərində kifayət qədər fəal olmalarını, ortalamalarını bacardıqları qədər yüksək tutmalarını və bundan əlavə müxtəlif təcrübə, könüllülük proqramlarında iştirak etmələrini məsləhət görürəm. Çünki, yalnız universitetdə oxuyaraq mail yazmağı, insanlarla necə ünsiyyət saxlamağı və komandada işləməyi öyrənmək qeyri-mümkünə yaxındır. Özünüzü hərtərəfli inkişaf etdirdiyiniz təqdirdə isə fərqli mədəniyyətlərə adaptasiya prosesiniz daha da asanlaşaq və insanlara qarşı empatiya qabiliyyətiniz inkişaf edəcək.

ROOF Web Academy

İnteraktiv və əyləncəli tədris metodu

Roof Academy platformTOP Universities
Roof Academy platform

Məzunlarımız bizim haqqda nə deyir?

Yeni məzunlarımız və fikirləri

Tələbələrimiz
Student

ROOF Academic Training-də keyfiyyətli təhsilin olması çoxlu şagirdlərin nəticələri formasında göz önündədir. Mənim də qazandığım nəticələrdə bu komandanın rolu böyükdür. Amma buranı mənim üçün başqa təhsil ocaqlarından fərqli edən əsas faktor insanlarla olan münasibətdir. Sinif otağı daxilində və xaricində səmimi və mehriban bir mühit var və bu ROOF Academic Trainingi mənim üçün çox dəyərli edir, əsl ailə kimi.

Salman Hüseynov 🇺🇸

Tələbələrimiz
Company logo

Ready to get started?

TOP Universities

Haqqımızda

Biz kimikSosial həyatımızKomandaKaryeraTərəfdaşlarımız
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube