Ready to get started?
TOP UniversitiesMay 10, 2023
Seriyamızın 25-ci günündə Böyük Britaniyanın Coventry şəhərində tələbəmiz Əqidə ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Əqidə. Böyük Britanyanın Warwick universitetində biznes analitikası üzrə magistr təhsili alıram.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?
Universitetə 90 GPA və 7.0 IELTS nəticələri ilə qəbul olmuşam. Bundan əlavə analitika üzrə iş təcrübəm vardı. Təhsilim dövlət proqramı çərçivəsində tam maliyyələşdirilir.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Tədris daha çox praktiki tapşırıqlar əsasında həyata keçirilir. Hər modul üzrə həftədə bir saat mühazirə, 2 saat seminar olur ki, seminarlarda daha çox müzhazirədə öyrəndiklərimizi tətbiq etmək üçün tapşırıqlar verilir. Qiymətləndirmə isə imtahanlarla yanaşı qrup layihələrinə də əsaslanır. Məsələn, bu semestr 3 fərqli qrupla fərqli layihələr üzrə işlədik. Düşünürəm ki, bu iş həyatında mühüm olan komanda şəklində işləməyə çox kömək edəcək bir təcrübədir. Professorlar çox mehriban və yardım sevərdilər. Dərslərdən əlavə müxtəlif şirkətlərdən qonaq mühazirəçilər də dəvət olunur ki, real iş təcrübələrini bizimlə bölüşsünlər. Həmçinin tələbələrin istəyinə əsasən çətinlik çəkdiyimiz mövzularda dərsdən əlavə seminarlar təşkil olunur.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Hər maraq dairəsinə uyğun müxtəlif klublar fəaliyyət göstərir. Həmçinin müxtəlif idman növləri üzrə klublar var ki, universiteti yarışlarda təmsil edir. Bizim “management team” də dərsdən kənar sosial fəaliyyətlər təşkil edir (müxtəlif şəhərlərə günlük səyahət, “BBQ party”, “winter ball” və s.). Nəzərə alsaq ki, qrupda 200+ tələbə var, bütün qrup yalnız bu kimi tədbirlərdə bir araya gələ bilir. “Whatever moves you” prinsipi ilə fəaliyyət göstərən çox böyük idman mərkəzi var ki, burda da tələbələrin aktiv qalması üçün şərait var (voleybol, badminton, “squash” meydançaları, üzmə hovuzu, idman zalı, dırmaşma, yoqa və s.)
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Olduğum şəhər Coventry İngiltərədə yerləşir. Bizim campus şəhər mərkəzindən kənarda yerləşir və böyük ərazini əhatə edir - əsl tələbə şəhərciyidir. Ən çox xoşuma gələn tərəfi kampusun təbiətlə iç içə olmasıdır - ətrafda göl, ördək, dələ görmək mümkündür (amma hava soyuqdu😁) İnsanlar mehriban və yardımsevərdilər. Danışmağı çox sevirlər.
6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
İngiltərədə magistr təhsili almaq istəyən tələbələrə tövsiyəm düşüncə olaraq özlərini hazırlamalarıdır. Darıxmaq və yeni mühit bir kənara, dərslər çox intensivdir və buna hazırlıqlı olmaq lazımdı. Əlavə olaraq, əvvəlcədən seçəcəkləri proqramı araşdırıb ona görə hazırlıq etmələrini məsləhət görərdim. Cünki 0-dan magistrda heçnə öyrədilmir. Məslən proqramlaşdırma dili lazımdırsa, bu dil haqda təməl biliklərin olması lazımdı. Ən əsası isə təhsildən gözləntilər də önəmlidir. Buna görə gedəcəkləri universitetdəki tələbələrlə əlaqə saxlmaq kömək ola bilər. Son olaraq, özünüzə inanın dostlar və nə olursa olsun hədəflərinizin arxasınca gedin, hər gün hədəflərinizə doğru atdığınız kiçik addımlar sizi istədiyiniz nöqtəyə gətirəcək.