Ready to get started?
TOP UniversitiesMay 09, 2023
Seriyamızın 24-cü günündə Belçikanın Leuven şəhərində tələbəmiz Sənan ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Ağayev Sənan. 7.5 IELTS və 1350 SAT nəticələri əldə etdikdən Belçikanın KU Leuven universitetindən Business Engineering üzrə qəbul oldum. Hal-hazırda bu universitetdə bakalavr təhsilimi davam etdirirəm.
2) Belçikada yaşam xərcləri necədir?
Buradakı təcrübələrimdən yola çıxaraq deyə bilərəm ki, gələcəkdə təhsilini Belçikada davam etdirməyi düşünən tələbələr yaşam xərci olaraq aylıq 1000 euro nəzərdə tutmalıdırlar. Bu məbləğin böyük bir qismi (600-700 euro) ev xərclərinə, qalan hissəsi isə qida və digər ehtiyaclara ayrılır.
3) Universitetdə təhsil necədir?
Burada təhsil bir qədər tələbkardır. Bunu tələbələrin məzun olma statistikalarına nəzər yetirdikdə asanlıqla anlamaq olar. Bunlara baxmayaraq KU Leuven-də təhsil alan tələbənin üstünlüyü bir çox sosial fəaliyyətlərdə iştirak edə, ən əsası isə təhsil aldığı sahə üzrə öz bacarıqlarını inkişaf etdirə biləcəyi bir mühitə sahib olmasıdır. Universitet daxilində və xaricində keçirilən yarışmalar tələbələrə networking ilə yanaşı qrup fəaliyyətləri üçün də imkan yaradır.
4) Gənc abituriyentlərə verə biləcəyiniz tövsiyələr
Gənc abituriyentlərə verə biləcəyim ən böyük tövsiyə özlərini daim inkişaf etdirmələri və əllərində olan materiallarla kifayətlənməyərək əlavə araşdırmalar etməkdir. Öz araşdırma mənbələrini genişləndirmək üçün isə yeni dillər mənimsəmək və əhatə dairələrini böyüdə biləcəkləri fəaliyyətlərlə məşğul olmaq ən önəmli faktorlardan biridir. Belçikada təhsil almağı düşünən tələbə üçün xüsusi ilə Fransız və Alman dillərində bünövrə biliklərinə sahib olması tövsiyə olunandır.