Ready to get started?
TOP UniversitiesApril 27, 2023
Seriyamızın 14-cü günündə Yaponiyanın Karuizawa şəhərində Səbuhi ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Səbuhi Abbasov, 16 yaşım var. Hal-hazırda Yaponiyada UWC ISAK məktəbində IB (International Baccalaureate) üzrə 11-ci sinifdə təhsil alıram. 2024-cü ildə 12-ci sinifi bitirib məzun olacam.
2) Məktəbə hansı nəticələr ilə qəbul olmuşdunuz?
Qəbul prosesi esse və intervülərdən ibarət idi. Bundan əlavə orta məktəb attestatı da tələbə olunur. Digər imtahan və sertifikatlar tələb edilmir.
3) Məktəbdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
IB proqramı üzrə təhsil alıram və dərslər hər hansı bir ixtisasa fokuslanmır. Müxtəlif texniki və humanitar mövzular üzrə dərslər mövcuddur. Fikrimcə dərslər ölkədəki tədris proqramına nisbətən daha əhatəli, buna görə də daha çətindir.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Məktəbdə kiçik dulusçuluq yeri var. Daha geniş bir studiya yaratmaq üçün sinif yoldaşlarımla bir layihə yaratmışıq. Həm də “International Baking” adlı bir klubdayam. Hər həftə müxtəlif mədəniyyətlərin mətbəxlərindən bir yemək bişiririk.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Şəhər Tokyodan çox uzaqdır, amma qatar vasitəsilə 60 dəqiqəyə orada ola bilərsiniz. Burada insanlar çox etikdir və qaydalara riayət edilir. Həm də dinləmə mədəniyyəti çox yaxşıdır.
6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Məktəb təhsiliniz daha keyfiyyətli olsun, və ya TOP universitetlərə qəbulunuz asanlaşsın istəyirsinizsə UWC proqramına müraciət edin.