Ready to get started?
TOP UniversitiesApril 24, 2023
Seriyamızın 11-ci günündə Türkiyənin Ankara şəhərində tələbəmiz Qənirə ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Salam! Mən Qənirə. Ankarada, Medipol universitetində təhsil alıram.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?
SAT imtahanından 1290 bal toplamışdım.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Bütün dərslər ingilis dilində tədris edilir. Məncə hər biri maraqlı və vacib dərslərdir. Bundan əlavə, elmi layihələr üzərində işləyirik. İlk ildən başlayaraq bizə elmi məqalələr yazmağı öyrədirlər.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Burda təhsil almağın ən çox xoşuma gələn tərəfi müxtəlif ölkələrdən gəlmiş tələbələr və onların bir birindən maraqlı mədəniyyətləri ilə tanış olmaqdır.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Ankara rahat və sakit şəhərdir. Düşünürəm ki, şəhərdə əsl oxumaq havası var 😊 Burası həmçinin güvənlidir, ona görə də valideynlərim narahat olmur.
6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Əsas tövsiyəm dərsə məsuliyyətlə yanaşmaqdır: hər bir dərsi vaxtında yerinə yetirməyi, başqa sözlə bu gün edə biləcəyiniz işi sabaha saxlamamağı məsləhət görərdim.