Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

April 12, 2023

Belçikada Təhsil/ Master Mind təqaüdü

Seriyamızın 3-cü günündə Belçikanın Brüssel şəhərində tələbəmiz və komanda yoldaşımız Fatimə ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən, Fatimə Gülmaliyeva. İxtisasca tərcüməçi olsam da, əsas maraqlarım və fəaliyyətim təhsil sahəsi üzrədir. 3 ilə yaxın xaricdə təhsil üzrə çalışmışam. Hazırda "Təhsil Elmləri" ixtisası üzrə “Master Mind” təqaüdü ilə Belçikanın Vrije Brüssel Universitetində oxuyuram.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

Düşünürəm ki, universitetə qəbul olmağımda və təqaüd qazanmağımda əvvəlki akademik göstəricilərim (yüksək GPA), IELTS nəticəsi, sosial fəaliyyətlərim və iş təcrübəsi rol oynamışdı. Universitetə yazılan məktublarda gələcək planlarım və bu istiqamətdə etdiklərim arasında əlaqənin qurulması da əsas məsələlərdən biri idi.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Universitetdəki təhsillə bağlı ən çox bəyəndiyim hissə elmi araşdırmalara, tələbələrin tədqiqat bacarıqlarının inkişafına xüsusi fikir verilməsidir. Dərs sistemi elə qurulub ki, öncədən heç bir təcrübən və ya bacarığın olmasa da, özünü tədqiqatın içində tapırsan. Digər məsələ isə, kurrikulumun tələbə-mərkəzli olmasıdır. Davamlı olaraq bizdən dərslərlə bağlı fikrimiz alınır və bu fikirlər sonrakı illərdə təhlil olunaraq tətbiq olunur. İlk semestrdə tamamladığımız bir akademik yazının məqsədi proqramdakı zəiflikləri təhlil edib təkliflər vermək idi.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Hər akademik ilin əvvəlində "kick-off day" olur və həmin gün klublar müxtəlif maraqlı stendlərlə özlərini təqdim edirlər. Demək olar ki, hər mövzuda klublar var və bundan əlavə, müxtəlif millətlərdən olan tələbələr də öz ölkələri üzrə birlik yaradıblar. Həmin gün evə gedəndə əliniz hədiyyələr, flyer-lər ilə dolu olur 🙂 Universitet daxilində idman, üzgüçülüklə məşğul olmaq üçün də hər cür şərait təmin olunub və tələbələr üçün xüsusi endirimlər var. Ümumilikdə, məncə hər tələbənin öz marağına uyğun fəalliyyət tapa bilməsi üçün şərait var.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Belçika Avropa Birliyi təşkilatlarının və NATO-nun yerləşdiyi ölkədir. Buna görə də, xüsusilə Brüssel, Avropanın əsas mərkəzlərindən sayılır. Bura ilk gəldikdə də ilk nəzərimə çarpan və mənə maraqlı gələn əhalinin çox beynəlxalq və çoxmillətli olması olmuşdu. Buna görə də, deyilənlərin əksinə olaraq, əhali çox tolerant, mehriban, köməkcildir. Hər zaman dediyim bir misal var ki, qarşınızda 10 nəfər dayanıbsa, böyük ehtimal hər biri fərqli millətdəndir. Bu həmçinin müxtəlif millətlərlə ünsiyyət qurulmasına, sosial inkişafa da çox kömək edə bilir.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Xaricdə təhsil alan tələbələrə ilk onu deyə bilərəm ki, xüsusilə magistr proqramına müraciət edirlərsə, ixtisas seçimində və gələcək planlarda maksimum konkret olsunlar, tələsməsinlər. Oxunulacaq ixtisasa, keçiriləcək dərslərə nə qədər çox maraq olarsa, düşünürəm ki, o qədər də effektiv olar. Universitetlə bağlı isə, burada (həmçinin digər Avropa ölkələrində) təhsilin əsas fokusunun tədqiqat olması nəzərlərində olsun. Ölkə ilə bağlı isə, fərqli təcrübəyə, beynəlxalq mühitə hazır olun. Belçika şokoladı, frisi və waffle-nı siyahınıza əlavə edin. Velosiped, skuter sürməyi öyrənin. Amma hər gün yağışa da hazır olun və gələndə özünüzlə çətir gətirin.🙃

ROOF Web Academy

İnteraktiv və əyləncəli tədris metodu

Roof Academy platformTOP Universities
Roof Academy platform

Məzunlarımız bizim haqqda nə deyir?

Yeni məzunlarımız və fikirləri

Tələbələrimiz
Student

ROOF Academic Training-də keyfiyyətli təhsilin olması çoxlu şagirdlərin nəticələri formasında göz önündədir. Mənim də qazandığım nəticələrdə bu komandanın rolu böyükdür. Amma buranı mənim üçün başqa təhsil ocaqlarından fərqli edən əsas faktor insanlarla olan münasibətdir. Sinif otağı daxilində və xaricində səmimi və mehriban bir mühit var və bu ROOF Academic Trainingi mənim üçün çox dəyərli edir, əsl ailə kimi.

Salman Hüseynov 🇺🇸

Tələbələrimiz
Company logo

Ready to get started?

TOP Universities

Haqqımızda

Biz kimikSosial həyatımızKomandaKaryeraTərəfdaşlarımız
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube