Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

January 18, 2023

ROOF Tələbələri ilə Dünya Ətrafında 80 Gün

Bu gün yeni "ROOF Tələbələri ilə Dünya Ətrafında 80 Gün" seriyamız ilə qarşınızdayıq! Seriyamızın ilk günündə İsveçin Malmö şəhərində tələbəmiz və komanda yoldaşımız Günay ilə birgəyik.

Məzunlarımız dünyanın müxtəlif ölkələrində, yüksək reytinqli universitetlərdə təhsil alır. Onlar fərqli şəhərlərdə yaşayır və bununla da, fərqli təcrübələr qazanırlar. Onların həm də bu təhsil ocaqlarına aparan özünəməxsus yolları var. Bütün bunları öyrənək deyə məzunlarımıza suallar verdik, indi isə onların məsləhət və təcrübələrini sizlərlə paylaşırıq!

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Günay Əmircanlı. İngilis dili müəllimiyəm və 2022-ci ildə İsveçdə Malmö universitetinə qəbul olmuşam.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

CELTA, TESOL, TKT 1 və TKT 2 sertifikatlarım var. Həmçinin IELTS-də 8.0 bal toplamışam. Universitet və təqaüdə spesifik tələblər isə esse yazmaq, 3000 saatdan artıq iş təcrübəmin olması və seçidiyim fakültənin ixtisas və təhsilim ilə üst üstə düşməsi idi. Tələb olunan iki esseyə motivasiya məktubu və liderlik təcrüblərimlə bağlı esse daxildir.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Burada ilk semestrimi tamamladım və bir cəhətdən baxdıqda, bizə keçilən dərslər ixtisasımızla tam da əlaqəli deyildi. Buna baxmayaraq təhsilin çox keyfiyyətli olduğunu düşünürəm. Həm də müəllimlərin dərs keçməyi sevdiyini və buna yanaşdıqları həvəsi hiss edə bilirəm. Dərslərin fərqli bir cəhəti standart imtahanların olmamasıdır. Mütəmadi olaraq akademik yazılar yazırıq və biliyimiz bunlara əsasən qiymətləndirilir. Tapşırıqları etmək üçün isə bəs qədər vaxt olur. Düşünürəm ki, bu, stressi azaldır.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Əgər burada yataqxana xaricində qalırsınızsa, klublara qoşulub insanlarla tanış olmağın çox yaxşı bir yoludur. Amma mən yataqxanada qaldığımdan dostlar edinməkdə problem yaşamamışam. Buna görə də, klublara qoşulmaq ehtiyacı görməmişəm. Ən yaddaqalan fəaliyyətlərə Şükran günündə bir yerə gəlib yemək bişirməyimiz, milad bayramı və yeni ili də birlikdə keçirib əylənməyimiz daxildir.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Olduğum şəhər və ölkə haqqında ən çox sevdiyim şey insanlardır: onlar çox istiqanlı, gülərüz və mədəniyyətlidirlər. Həmçinin hamı bir-digərinə kömək etməyə can atır. Bu hər yerdə, xüsusən ictimai nəqliyyatda çox hiss olunur. Nəqliyyat demişkən, bu şəhərin çox yaxşı inkişaf etmiş cəhətlərindəndir. İçtimai nəqliyyatlardan istifadə üçün mərkəzləşdirilmiş mobil applikasiya var, hansı ki, iki yer arasında hərəkətin ən asan yolunu deyir. Bu, səyahəti çox asanlaşdırır. Baxmayaraq ki, şəhər balacadır, burada heç vaxt tıxacla qarşılaşmamışam. Avtobuslar isə, həmişə vaxtında gəlir. Ümumi olaraq şəhər həm qədimi görünən, həm də çox müasir bir məkandır.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Düşünürəm ki, magistr təhsili üçün məsləhət versəm daha düzgün olar. Ən əsas məsləhətim tələsəməməkdir. Universiteti bitirdiyiniz anda qərar verib bir neçə ay ərzində imtahanlara hazırlaşıb sənəd verməyin düzgün olduğunu düşünmürəm. Fikrimcə, bu uzun müddət ərzində planlanmış və üzərində işlənilmiş bir proses olmalıdır. Məsələn, əgər universitetə bakalavr üzrə yeni daxil olmusunuzsa, indidən magistr təhsiliniz haqqında düşünməyə başlamalı və bakalavr təhsilinizi buna uyğun almalısınız. Bundan sonra isə iş təcrübəsi əldə etməyi məsləhət görərdim. Buradakı tələbələrin mən də daxil omaqla heç biri birbaşa universitetdən gəlməyiblər. Verilən təhsilin səviyyəsinin yüksək olduğu kimi, çətinliyi də yüksəkdir və buna hazır olmaq lazımdır.

Ölkə üçün isə soyuq olduğunu deyə bilərəm, ona görə də, qalın geyinməli olacaqsınız💙

ROOF Web Academy

İnteraktiv və əyləncəli tədris metodu

Roof Academy platformTOP Universities
Roof Academy platform

Məzunlarımız bizim haqqda nə deyir?

Yeni məzunlarımız və fikirləri

Tələbələrimiz
Student

ROOF Academic Training-də keyfiyyətli təhsilin olması çoxlu şagirdlərin nəticələri formasında göz önündədir. Mənim də qazandığım nəticələrdə bu komandanın rolu böyükdür. Amma buranı mənim üçün başqa təhsil ocaqlarından fərqli edən əsas faktor insanlarla olan münasibətdir. Sinif otağı daxilində və xaricində səmimi və mehriban bir mühit var və bu ROOF Academic Trainingi mənim üçün çox dəyərli edir, əsl ailə kimi.

Salman Hüseynov 🇺🇸

Tələbələrimiz
Company logo

Ready to get started?

TOP Universities

Haqqımızda

Biz kimikSosial həyatımızKomandaKaryeraTərəfdaşlarımız
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube