Ready to get started?
TOP UniversitiesJanuary 14, 2023
Türkiyə Bursları beynəlxalq tələbələrə Türkiyə universitetlərində bakalavr, magistr və doktorantura təhsili almaq imkanı yaradan, Türkiyə höküməti tərəfindən maliyyələşdirilən təqaüd proqramıdır.
• Son müraciət tarixi: 20 fevral 2023
• Təqaüd proqramına müraciət üçün yaş meyarları:
Bakalavr proqramları üçün: 21 yaşa qədər, magistr proqramları üçün: 30 yaşa qədər, doktorantura proqramları üçün: 35 yaşa qədər.
• Tələb olunan sənədlər:
Şəxsiyyət vəsiqəsi və ya pasport, namizədin son 1 il ərzində çəkilmiş fotoşəkili, yerli imtahan nəticələri (TQDK, DİM) (varsa), diplom və ya hazırda təhsil almaqla bağlı arayış, transkript, SAT, GRE, GMAT və s. (seçilmiş universitet və ya proqram tərəfindən tələb olunarsa), TOEFL, DELF (seçilmiş universitet və ya proqram tərəfindən tələb olunarsa), tədqiqat mövzusu üçün təklif və apardığınız tədqiqatın yazılı nümunəsi (yalnız doktorantura təhsil səviyyəsi üçün)
Türkiyə Burslarına və universitetlərinə müraciət eyni zamanda aparılır. Buna əsasən də, müraciət zamanı universitetlərin tələblərini də qarşılamaq lazımdır. Müraciət prosesi isə 2 əsas hissədən ibarətdir:
Onlayn qeydiyyat, müsahibə və imtahan
• Təqaüdə nələr daxildir?
Təhsil haqqı, aylıq təqaüd (Bakalavr – 1000 TL, Magistr – 1400 TL, Doktorantura – 1800 TL), yataqxana, türk dili kursu (1 il) (ehtiyac olarsa), sağlamlıq sığorta, birdəfəlik uçuş bileti (təhsilin əvvəlində və məzun olduqda).