Ready to get started?
TOP UniversitiesDecember 05, 2022
Yeni bir qrammatik mövzu öyrəndikdə həmin mövzuda çox sayda test və çalışmalar etmək faydalıdır. Qaydanı öyrənib bir neçə çalışma etmək heç vax kifayət deyil. Biliyi möhkəmləndirmək üçün onu davamlı tətbiq etmək lazımdı. Onlayn testlər sizə bu imkanı verir. Üstəlik avtomatik yoxlanılan testlərinizin nəticələri də həmin an sizinlə paylaşılır. Paylaşacağım veb səhifələrdə test və çalışmalar etmək üçün kifayət qədər keyfiyyətli və maraqlı dizayn olunmuş materiallar var. Hamısını nəzərdən keçirib, favorilərinizi seçməyiniz məsləhət görülür. Və bundan sonrakı dönəmdə keçdiyiniz mövzunun adını və veb səhifənin adını axtarış qutusuna yazmaqla biliyinizi möhkəmləndirə bilərsiz. Uğurlar!
1. https://agendaweb.org/grammar-exercises.html - AgendaWeb.Org`da demək olar ki bütün mövzularda testlər var. Səhifənin ən böyük üstünlüyü material bolluğudu. Buna nail olmaq üçün, səhifə yaradıcılar təkcə öz yaratdığı materialları paylaşmır, həm də digər səhifələrdəki eyni mövzuda olan testlərə keçid linkləri qoyur. Səhifənin istifadəsi də asandır.
2. https://learnenglish.britishcouncil.org/grammar - British Council`da qrammatika bölməsinə bu link vasitəsilə daxil ola bilərsiz. İlk öncə səviyyənizi, ardından çalışmaq istədiyiniz mövzunu seçirsiz. Açılan səhifədə ilk öncə qrammatik izahlar görəcəksiz. İzahların sonunda isə onlayn çalışmaları.
3. https://www.englishgrammar.org/ - Ana səhifədən istədiyiniz mövzunu seçirsiniz. Ardından sizə həmin mövzuda qrammatik izah, test, çalışma kimi linklər göstərilir. Ehtiyacınız olanı seçin.
4. https://www.perfect-english-grammar.com/index.html - Material sayı çox olmasa da, çox keyfiyyətli materiallar paylaşılır.
5. https://elt.oup.com/student/practicegrammar/?cc=nl&selLanguage=nl – Oxford University Press`in səhifəsində siz testləri qrammatika mövzularına görə tapa bilməsənizdə, dil səviyyələrinizə görə tapa bilərsiz.
Günel Kərimzadə