Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

November 29, 2022

İngiliscə danışıq bacarığımı necə inkişaf etdirim?

1. Öz özünüzə danışın

Ən effektiv üsullardan biridi. Sadəcə bir mövzu seçirsiz və o haqda bir qrup insanın qarşısında çıxış edirmiş kimi danışırsız.

• Özünüzə maraqlı mövzular seçin. Haqqında yetəri qədər məlumatınız olan mövzuları seçin. Danışmağa başlamamışdan öncə ehtiyacınız olan sözlərlə bağlı qeydlər götürün. Təbii ki, danışarkən də lüğətə baxmağa ehtiyacınız olacaq.

• İzlədiyiniz film və ya oxuduğunuz kitab barədə danışın. Bütün detalları təsvir etməyə çalışın.

2. Video izləyib deyilənləri ucadan təkrarlayın.

• Hər günün sonunda bütün gün boyu başınıza gələnələri ingiliscə danışın.

• Telefona səsinizi yazın. Səsi göndərə biləcəyiniz şəxsin olması çox yaxşı olar. Bu həm sizi daha məsuliyyətli edir, həm də müəyyən bir zaman sonra əvvəlki səslərinizi dinləyib inkşafı hiss etdikdə motivasiyanız artacaq.

Bunu sizə maraqlı olan hər hansı bir video ilə edə bilərsiz. Bundan əlavə xüsusi Shadowing videoları izləyə bilərsiniz.

3. Danışıq partneri tapın

4. Mətnləri ucadan oxuyun

İngilis dilində olan istənilən mətni ucadan oxuyun. Bu sadəcə instagram postu da ola bilər, ədəbi kitab da. Əsas məsələ gün boyu maksimum miqdarda danışığda ingilis dilini istifadə etməyinizdədi.

Xarici onlayn dostlar tapmaq seçimlər arasındandı. Bunun üçün Tandem, Hellotalk kimi ``language exchange`` proqramları araşdıra bilərsiz. İşi daha maraqlı etmək üçün isə dil öyrənən tanışlarınızla ancaq ingilis dilində danışmaq kimi şərt kəsə bilərsiz. Azərbaycan dilində danışmağa məcbur olan şəxs isə çox böyük cəza almalıdı.

5. Dinləyin.

Dinləməsəz danışa bilməyəcəksiz. Başqalarının necə danışdığına fikir verin. Sözləri necə tələfhüz etdiklərinə diqqət edin. Dərsdə qrup yoldaşlarınızın danışığna, onların nəydə çətinlik çəkdiyinə, səhvlərinə diqqət edin. Başqalarının səhvlərindən öyrənməyi öyrənin!

6. Mahnı oxuyun

İngiliscə. Ucadan. Təkrar və təkrar. Ta ki mahnını rahatlıqla oxuya bilənə qədər

7. Conversation club`lara qoşulun

Converation club`lar sizin kimi öyrənən tələbələrdən ibarət olur. Tanımadığınız şəxslərlə ingiliscə danışmağa cəsarət etdiyiniz an 1 addım öndə olursuz. Fərqli mövzuları ingiliscə müzakirə aparmaq əla şansdı.

Uğurlar!

Və oxuduğunuz üçün təşəkkürlər!

Günel Kərimzadə

ROOF Web Academy

İnteraktiv və əyləncəli tədris metodu

Roof Academy platformTOP Universities
Roof Academy platform

Məzunlarımız bizim haqqda nə deyir?

Yeni məzunlarımız və fikirləri

Tələbələrimiz
Student

ROOF Academic Training-də keyfiyyətli təhsilin olması çoxlu şagirdlərin nəticələri formasında göz önündədir. Mənim də qazandığım nəticələrdə bu komandanın rolu böyükdür. Amma buranı mənim üçün başqa təhsil ocaqlarından fərqli edən əsas faktor insanlarla olan münasibətdir. Sinif otağı daxilində və xaricində səmimi və mehriban bir mühit var və bu ROOF Academic Trainingi mənim üçün çox dəyərli edir, əsl ailə kimi.

Salman Hüseynov 🇺🇸

Tələbələrimiz
Company logo

Ready to get started?

TOP Universities

Haqqımızda

Biz kimikSosial həyatımızKomandaKaryeraTərəfdaşlarımız
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube