Ready to get started?
TOP UniversitiesOctober 16, 2023
Seriyamızın 79-cu günündə Türkiyənin İstanbul şəhərində tələbəmiz Raul ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Raul Əliyev. 18 yaşım var. Türkiyənin Koç Universitetində kompüter mühəndisliyi üzrə təhsil alıram. Keçən tədris ilində 1-ci kursu tamamladım.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?
Universitetə SAT, TOEFL, SAT Subject Math 2, Respublika Fənn olimpiadası və bir neçə dərsdənkənar məşğuliyyətlərdə qazandığım nəticələrlə ilə qəbul olmuşam.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Dərslər olduqca maraqlı keçir. Dərslərin əksəriyyəti leksiya, təkrar leksiya və ofis saatları şəkildə tədrid olunur. Təkrar leksiyanı adətən müəllimlərin magistr oxuyan tələbələri tədris edir. Ofis saatlarında isə müəllimlər tələbələr üçün 1 saat zaman ayırır. Müəllimlərin əksəriyyəti təhsillərini dünyanın nüfuzlu universitetlərində tamamlayıb. Həmçinin, müəllimlərlə birlikdə laboratoriyalarına qoşulmaq və hətta birlikdə elmi məqalələrində də iştirak etmək olur.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Universitetdə bir neçə klublar mövcüddur. Bundan əlavə Koç Universitetinin Türkiyənin digər universitetləri ilə keçirdiyi idman oyunlarını da izləmək olur.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
İstanbul böyük və əhalisi çox olan şəhər olsa da universitet şəhərin mərkəzindən bir qədər uzaqda, meşənin içərisində yerləşir. Buna görə də İstanbul kimi çox gözəl və tarixi bir şəhəri tam kəşf etməmişəm. Ümid edirəm ki, növbəti illərdə bunu reallaşdıraram.
6)Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Düşünürəm ki, ilk növbədə sevdikləri fəaliyyətlə məşğul olmalıdırlar. Daha sonra xaricdə oxumaq kimi bir fikrləri varsa düzgün yaşdan başlayaraq getmək istədikləri universitetləri dəqiqləşdirib onların tələb etdiyi nəticələri əldə etməlidirlər. Həmçinin lazım olanla kifayətlənməməli, həmişə öz üzərilərində daha çox çalışmalıdırlar.