Ready to get started?
TOP UniversitiesOctober 11, 2023
Seriyamızın 74-cü günündə Bakıda tələbəmiz Leyla ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Leyla Məmmədova. 2020-ci ildə ADA universitetinə qəbul olmuşam və hal-hazırda 4-cü kurs tələbəsiyəm.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?
Universitetə 6.5 IELTS və 1250 SAT nəticələri ilə qəbul olmuşdum. ADA-da təhsil ödənişlidir. Tələbələrin təhsil haqqını azaltmaq üçün müxtəlif imkanları var. Yüksək GPA də bunlardan biridir.
3) Universitetdə təhsil necədir (dərslər, elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
İlk il adaptasiya ili olduğu üçün bəzən ADA-da təhsil çətin görünür. Lakin sonrakı illərdə burada təhsil çox zövq verir. Müəllim və digər tələbələr ilə ünsiyyət ADA-nı ikinci bir ev kimi edir. Burada bir çox xaricdə təhsil almış professorlar da var.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Universitetdə bir sıra klublar var və mən də ikisinə üzvəm. Bundan əlavə yarışmalar və təlimlər də baş tutur. Bütün bunlar özümün sosial və professional inkişafı üçün çox pozitivdir. Tədbirlərdən ən çox yadımda qalan da ADA Spring Festival idi. Burada bir çox məşhurlar iştirak etdi və tələblərin əylənməsi üçün çox yaxşı şərait var idi.
5) Bu universitetdə təhsil almaq istəyən gənclərə hansı tövsiyələr verə bilərsiniz?
ADA-da təhsil çox yüksək səviyyədədir və deyərdim ki, Azərbaycanın ən yaxşısıdır. Burada təhsil almaq istəyənlərə tərəddüd etmədən seçə biləcəklərini deyərdim.