Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

October 09, 2023

Şotlandiyada Təhsil / Glasgow Universiteti

Seriyamızın 70-ci günündə Şotlandiyanın Glasgow şəhərində tələbəmiz Nigar ilə birgəyik.

1) Özünüzün təqdim edə bilərsiniz?

Mən Nigar Babazadə. University of Glasgow məzunuyam.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?

Universitetə 7 IELTS nəticəsi ilə qəbul olmuşdum. Təhsilimi Chevening təqaüdü ilə maliyyələşdirirdim.

3) Universitetdə təhsil necədir (dərslər, elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Universitetdə təhsil çətindir. Reytinq olaraq dünya üzrə TOP 100-dədir və düşünürəm ki, yüksəlməkdədir. Magistr təhsilim daha çox elmi araşdırmalara əsaslanmışdı. Müəllimlər də sahələrində sözlərini demiş professorlardır. Universitetdə çox geniş araşdırma imkanları var - dissertasiyamı da təcrübəli bir professor ilə araşdırma şəklində tamamlamışdım.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir?

Təhsil çox vaxtımı aldığından sosial fəaliyyətlər ilə çox məşğul olmadım. Baxmayaraq, universitetin vaxt keçirmək üçün çox geniş və gözəl ərazisi və kitabxanası var. Bundan əlavə, universitetdə tələbə komitələri, klublar və yarışmalar mövcuddur.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Britaniya ümumiyyətlə yağışlı ölkədir. Şotlandiya, xüsusən Glasgow isə ən yağışlı yerlərdəndir. Şəhərin çox gözəl havası, təbiəti, parkları var. İngiltərə, Londona səyahətlərimdə oraların da çox gözəl olduğunu görmüşdüm, amma Şotlandiya bir başqadır. İnsanlar çox mehriban və gülərüzdürlər. Heç irqçilik hiss etmədim, hətta məni evinə aparan, ailəsi ilə tanış edən şotland tələbə yoldaşım var idi. Həmçinin şəhərdə dünyanın müxtəlif yerlərindən tələbələr çoxdur.

6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Əsas tövsiyəm ingilis dilini ən yaxşı şəkildə öyrənmək olardı. Bundan əlavə, getdiyiniz yerdəki aksentlərə də öyrəşmək yaxşı olardı. Mən getdikdə Şotlandların çox fərqli aksenti olduğunu bilmirdim və bu ilk ayda problemlər yaratdı. Təhsil alacağınız universitet haqqında da məlumatlı olmağı, professorlar, dərslər ilə maraqlanmağı və məqsədli olmağı məsləhət görərdim.

ROOF Web Academy

İnteraktiv və əyləncəli tədris metodu

Roof Academy platformTOP Universities
Roof Academy platform

Məzunlarımız bizim haqqda nə deyir?

Yeni məzunlarımız və fikirləri

Tələbələrimiz
Student

ROOF Academic Training-də keyfiyyətli təhsilin olması çoxlu şagirdlərin nəticələri formasında göz önündədir. Mənim də qazandığım nəticələrdə bu komandanın rolu böyükdür. Amma buranı mənim üçün başqa təhsil ocaqlarından fərqli edən əsas faktor insanlarla olan münasibətdir. Sinif otağı daxilində və xaricində səmimi və mehriban bir mühit var və bu ROOF Academic Trainingi mənim üçün çox dəyərli edir, əsl ailə kimi.

Salman Hüseynov 🇺🇸

Tələbələrimiz
Company logo

Ready to get started?

TOP Universities

Haqqımızda

Biz kimikSosial həyatımızKomandaKaryeraTərəfdaşlarımız
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube