Ready to get started?
TOP UniversitiesSeptember 28, 2023
Seriyamızın 61-ci günündə Belçikanın Brüssel şəhərində tələbəmiz Rüstəm ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Rüstəm Pənahlı, 20 yaşım var. Belçikanın Brüssel şəhərində KU Leuven universitetində biznesin idarə olunması üzrə təhsil alıram.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?
Universitetə 1450 SAT, 91 TOEFL və 7 IELTS, həmçinin qızıl attestat və məktəbi bitirdiyim qızıl medal ilə qəbul olmuşam. Bundan əlavə bir sıra dərsdənkənar fəaliyyətlərlə ilə də məşğul idim. Universitetdə təhsil ödənişlidir (illik 2000 avro). Yaşam xərci isə illik 10 000 avro depozit ilə həyata keçirilir. Bu da ayda 800 avro olaraq bizə geri qaytarılır. Əgər ucuz bir evdə kirayədə qalırsınızsa aylıq xərc 1000 avroya qədər qalxa bilir.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Universitetdə təhsil çox yükək səviyyədədir. Dərslər seminar sistemi ilə deyil və leksiyalarda iştirak da vacib deyil. Universitetdə həm də elmi araşdırmalara çox önəm verilir. İldə milyonlarla avro məhz bu məqsədlə xərclənir, xüsusən də tibb, biznes və mühəndislik üzrə.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Brüssledə tələbə həyatı çox şaxəlidir. Buna təhsil, araşdırmalar, iş təcrübələri, həmçinin klublar və yarışmalar daxildir. Sosial həyat çox yüksək səviyyədədir.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Belçika çox gözəl bir ölkədir. Brüssel də müxtəlif xalqların nümayəndələrindən ibarət multikultural bir yerdir, həmçinin görməli yerlər də çoxdur. Belçikanın Hollandiya hissəsini də çox bəyənirəm. Antwerp, Brugge, Ghent kimi şəhərlər çox gözəldirlər.
6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Tövsiyəm Qərbi Avropa ölkələrini üstün tutmaq olardı. Burada sosial həyat, dil inkişafı və səyahət imkanları çox yaxşıdır.