Ready to get started?
TOP UniversitiesSeptember 26, 2023
Seriyamızın 59-cu günündə Türkiyənin Ankara şəhərində tələbəmiz Əjdər ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Əjdər Allahverdiyev. Ankara Hüquqda son kurs tələbəsiyəm.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?
Universitetə 1450 SAT nəticəsi ilə qəbul olmuşdum. Türkiyə bursları təqaüd proqramı vasitəsilə ödənişsiz əsaslarla təhsil alıram. Yaşam xərci Ankarada məncə son illər inflasiyaya görə bahalaşsa da yenə də kifayət qədər məqbuldur.
3) Universitetdə təhsil necədir?
Universitetdə təhsil çox yaxşıdır. Müəllimlər də yüksək səviyyədədir.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir?
Məncə universitetin ən yaxşı tərəfi elə odur. Bir çox müxtəlif sosial fəaliyyət imkanları var.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Türkiyə və Ankara kifayət qədər doğmadır və adaptasiya olmaq proseduru çox asandır.
6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Məncə xəyallarınız arxasınca gedin, nə istəyirsinizsə ona nail olmağa cəhd edin.