Ready to get started?
TOP UniversitiesSeptember 23, 2023
Seriyamızın 56-cı günündə Çinin Şanxay şəhərində tələbəmiz Ümüd ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Ümüd Kəlbizadə, 17 yaşım var. Hal-hazırda Şanxayda yerləşən Tongji universitetində foundation təhsili alıram. Yəni bu il sadəcə ümumi və ixtisas yönümlü Çin dili oxuyuram. Universitetə kompüter elmləri və texnologiyaları ixtisası üzrə qəbul olmuşam.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?
1450 SAT və 100 TOEFL nəticələri ilə universitetə qəbul olmuşam.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Universitetdə təhsil tələbənin uğurlu olmasına yönəldilib. Belə ki, həftəlik tapşırıqlar yerinə il sonuna qədər tamamlanmalı tapşırıqlar mövcuddur. Həmçinin ən çox tələbənin inkişafına fikir verilir.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Tələbə həyatı çox maraqlıdır. Hər ay ya da iki həftədən bir yarışmalar və digər tədbirlər həyata keçirilir. Mən idmanla məşğul olduğumdan bu tip yarışlarda iştirak edirəm. Bundan əlavə ixtisas və dərs yönümlü tədbirlər də olur, hansı ki əyləncə, sosiallaşma və inkişafa xidmət edir.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Çin mədəniyyət olaraq ölkəmizdən çox fərqlidir, buna görə də belə fərqlərə hazır olmaq lazımdır. Bundan başqa isə ölkədə çoxlu maraqlı, gəzməli yerlər və muzeylər var. Şanxay isə sosiallaşmaq üçün çox ideal şəhərdir. Digər Çin şəhərlərinə nəzərən insanlar daha ünsiyyətcil və istiqanlıdırlar.
6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Əsas tövsiyəm Çinə gəlmədən əvvəl mümkün qədər Çin dili öyrənməkdir. Şəhərin böyük bir hissəsi ya ingilis dilini bilmir, ya da az bilir. Çin dilində həm də ixtisasınız ilə tanış olmaq məsləhətlidir. Həmçinin, bacardığınız qədər burada dost tapın. Bu dil öyrənməyi çox asanlaşdırır